Icma.az
close
up
RU
İnhalyasiya təbii müalicə üsulu

İnhalyasiya təbii müalicə üsulu

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

İnhalyasiyanı xüsusi inhalyator cıhazın köməyi ilə etmək olar. Lakin bir çox hallarda ev şəraitində inhalyasiyalar üçün enli qaba müalicəvi bitki dəmləməsi və ya efir yağı əlavə olunmuş isti su tökülür və xəstə bu qabın üzərində nəfəs alır.

İnhalyasiyalar üçün bu kimi müalicəvi bitkilərdən istifadə olunur: adaçayı, evkalipt, çobanyastığı, dazı otu, lavanda, nanə, şam və küknar ağacların iynəyarpaqları, qarağat və moruq yarpaqları. Bir neçə bitkinin qarışığı daha yaxşı effekt verir. 2 xörək qaşığı bitki qarışığı üzərinə 0,5 l qaynar su tökülür və 450C-yə kimi soyudulur.

İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı efir yağı (şam ağacı yağı, evkalipt yağı) əlavə etmək olar.

İnhalyasiyadan lazım olan müalicəvi effekt almaq üçün bu proseduranı mütləq düzgün etmək lazımdır. Belə ki,

- proseduranı qida qəbulundan 1,5-2 saat sonra etmək lazımdır;

- inhalyasiyadan sonra 30-40 dəqiqə ərzində uzanmaq lazımdır;

- inhalyasiyadan sonra 1 saat ərzində qida qəbul etmək, su içmək, siqaret çəkmək, mahnı oxumaq, danışmaq olmaz;

- inhalyasiya müalicəvi proseduradır. Bu səbəbdən ona müəyyən vaxt ayırmalıdır. Uşaqlarda (3 yaşından yuxarı) bu prosedura gündə 1-2 dəfə 1-3 dəqiqə ərzində, böyüklərdə - gündə 2-3 dəfə 5-10 dəqiqə ərzində keçirilir. Prosedura zamanı danışmaq olmaz.

- inhalyasiya zamanı qaynar sudan istifadə etmək olmaz. Bu selikli qişalarınız üçün ziyanlıdr. Suyun ən yüksək temperaturu 450C-yə kimi olmalıdır.

- zökəmin, traxeitin, bronxitin müalicəsində xəstə inhalyasiya zamanı burundan nəfəs almalı və buraxmalıdır. Qırtlaq, udlaq iltihabları zamanı nəfəsinizi ağızdan alın, 2 saniyə ərzində saxlayın, sonra ağızdan buraxın.

- inhalyasiya zamanı nəfəsalma sərbəst olmalıdır (gərgin yox!).

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri