İnkassatora hücum edildi, pensiyaçıların pulları oğurlandı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın Livorno şəhəri yaxınlığındakı Toskana bölgəsində pul daşıyan inkassatorlar qarət edilib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə Unionesar portalı məlumat yayıb.
Bildirilir ki, cinayətkarlar təqaüd ödənişləri üçün nəzərdə tutulan 3 milyon avronu oğurlayıb yoxa çıxıblar. On nəfərdən ibarət silahlı və maskalı qrup öncə Aureliya yolunda içərisində heyvanlar olan furqonu yandırıblar. Baş verən partlayış və yanğın nəticəsində yolu bağlayan soyğunçular Livornodan Qrossetoya pul daşıyan iki zirehli maşının qarşısını kəsiblər. Cinayətkarlar sardiniya ləhcəsində qışqıraraq havaya atəş açıblar. Daha sonra inkassatorlardakı pulları oğurlayaraq onları gözləyən maşınlara minib aradan çıxıblar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları genişmiqyaslı əməliyyata başlayıblar. Bölgədə yollar bağlanıb, axtarışlar vertolyotlarla aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 30 Mart 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















