Icma.az
close
up
RU
İnklüziv təhsilə dair Ağstafada maarifləndirici görüş

İnklüziv təhsilə dair Ağstafada maarifləndirici görüş

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir inkişafa və insan haqlarına söykənən tərəqqipərvər ölkələrdən biri kimi, Azərbaycanda da təhsil sahəsinin yetişməkdə olan nəslin hər bir nümayəndəsinin özünü cəmiyyətin bərəbərhüquqlu üzvü saymasının təmin olunması məsələsində oynadığı əhəmiyyətli rolu nəzərə alaraq, son dövrlərdə inklüziv təhsilin dərindən öyrənilməsi və geniş tətbiqinə ciddi fikir verilir.

Bilindiyi kimi, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsini özündə ehtiva edir. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. İnklüziv sinifdə tədris görmək fərqliliyə münasibəti dəyişməyə, özünəhörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur və bu, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına da töhfə verir.

Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu qeyd edir. Eynilə, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”sının 28-ci maddəsi hər bir uşağın təhsil hüququnun bərabər imkanlar əsasında həyata keçirilməsi dəstəkləyir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

Müasir təhsilin üsul və xüsusiyyətləri baxımından, yerlərdə bu sahədə məlumatlılığın artırılmasına ehitiyac duyulduğunu nəzərə alaraq, Ağstafa rayonunda "Müasir inklüziv təhsil, yeni yanaşmalar və tətbiq modelləri" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Dövlət İqtisad Universitetinin İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Gənclərin Psixoloji Dəstəyi layihəsinin baş təsisçisi, psixoloq-təlimçi Leyla Salmanlı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsul şəxsləri, müəllimlər və təhsil mütəxəssisləri iştirak və çıxış ediblər.

İki günlük maarifçi təlimlərdə təhsil işçiləri üçün məlumat xarakterli təqdimatlar olub. İnklüziv təhsil proseslərində  səmərəli üsul və yanaşmalar hada söhbət gedib.

Zakir Muradov,

Ağstafa – Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri