“İnklüzivlik ayı”na həsr olunan maarifləndirici tədbir keçirilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyi, ABA Klinika və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə “Hər uşaq bir dünyadır!” adlı maarifləndirici tədbir keçirilib.
Bu barədə "APA-Economics"ə RİNN-dən bildirilib.
Məlumata görə, tədbir çərçivəsində AREA Akademiyasının stendində robotexnika sərgisi təqdim edilib, iştirakçılara texnologiya və yeniliklər barədə əyani məlumat verilib. ABA Klinikanın əməkdaşları isə inklüziv təhsil və psixoloji dəstək mövzusunda maarifləndirici təlim keçirib, iştirakçılara nəzəri və praktiki məlumatlar təqdim ediblər.
Maarifləndirici tədbir iştirakçıların həm nəzəri biliklərini artırmağa, həm də inklüziv dəyərləri praktik şəkildə öyrənmələrinə xidmət edib.
Baxış sayı:75
Bu xəbər 03 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















