Kardioloqdan vacib xəbərdarlıq: Sağlam həyat tərzi hipertoniyanın qarşısını ala bilər
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sağlam həyat tərzi hipertoniyanın qarşısını ala bilər.
Moderator.az xəbər verir ki, bu sözləri "İzvestiya"ya açıqlmasında kardioloq Denis Prokofyev deyib.
Onun sözlərinə görə, sağlam həyat tərzi, artıq çəkidən uzaq olmaq və zərərli vərdişlərin olmaması bu diaqnozun yaranma riskini minimuma endirir:
“Həkimlərə müraciət edən insanların əksəriyyətində təzyiqin qalxması stress, hava şəraitinin dəyişməsi, duzlu qidalardan və alkoqoldan sui-istifadə, eləcə də siqaret çəkmə fonunda müşahidə olunur. Simptomatik xarakter daşıyan təzyiq artımı demək olar ki, hər kəsdə olur. Lakin bəzi hallarda təzyiqin yüksəlməsinə səbəb olan amilləri aradan qaldırmaq arterial hipertoniyanın inkişaf riskini azaltmaq üçün kifayət edir”.
Kardioloq qeyd edib ki, insan təzyiq göstəricilərinin yüksəldiyini nə qədər tez aşkar edər və bunun səbəblərini müəyyənləşdirərsə, prosesi geri döndərmək bir o qədər mümkün olar.
O vurğulayıb ki, həkimlər diaqnoz qoyarkən əsasən 120/80 göstəricisini norma kimi qəbul edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















