Icma.az
close
up
RU
İnqilab Məmmədov “Sabah”ın dörd, “Qarabağ”ın üç oyununu idarə edib nəhəng finala 6 saat qaldı

İnqilab Məmmədov “Sabah”ın dörd, “Qarabağ”ın üç oyununu idarə edib nəhəng finala 6 saat qaldı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ölkə kubokunun həlledici oyunu ərəfəsində diqqət yalnız iştirakçı komandalara yox, eyni zamanda bu gərgin qarşılaşmanı idarə edəcək hakimlər briqadasına da yönəlib.

Mayın 29-da “Lerik”lə “Şirvan” arasında keçirilən pley-off oyununun idarəçiliyinin Əliyar Ağayevə tapşırılması o anlama gəlirdi ki, kubokun həlledici oyununu ölkənin ən təcrübəli hakimi idarə etməyəcək. Belə də oldu. “Qarabağ”la “Sabah” arasındakı oyun İnqilab Məmmədova həvalə olundu.
Görəsən, Məmmədov bu mövsüm sözügedən komandaların neçə oyununu idarə edib, həmin oyunlarda nə ilə yadda qalıb?
İnqilab Məmmədov “Sabah”ın 4 oyununda baş hakim kimi çıxış edib. Onun idarə etdiyi ilk qarşılaşma premyer-liqanın 1-ci turunda “Sabah”la “Şamaxı” arasında baş tutub. Bu matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. “Sabah” futbolçularından yalnız biri sarı vərəqə ilə cəzalanıb. Oyunun idarəçiliyində mübahisəli epizod qeydə alınmayıb.
Növbəti önəmli qarşılaşma 8-ci turda baş tutub. Bu dəfə “Sabah” səfərdə “Qarabağ”la qarşılaşıb və dramatik oyunda 2:3 uduzub. Oyunun gedişində bəzi emosional məqamlar diqqət çəkib. Hər iki komandanın baş məşqçisi hakimin qərarılarına sərt etiraz edib və bu, onlara sarı vərəqə bahasına başa gəlib. “Sabah”dan iki, “Qarabağ”dan bir futbolçu sarı vərəqə ilə cəzalanıb.
Premyer-liqanın 17-ci turunda “Sabah” səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb və minimal hesabla qalib gəlib. Oyunun sakit keçdiyini demək olar. “Sabah”ın yalnız bir futbolçu sarı vərəqə alıb.
Misli premyer-liqasının 22-ci turunda  “Sabah” “Turan Tovuz”u qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Bu görüşdə isə mübahisəli epizodlar diqqəti çəkib. Hər iki komandanın bir qolu qeydə alınmayıb. Hakimin qərarları müəyyən narazılığa səbəb olub. Hətta həmin matçdan sonra “Turan Tovuz” AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin qarşılaşma ilə bağlı fikirlərini səbirsizliklə gözlədiyini ictimaiyyətə çatdırmışdı.  
“Qarabağ”ın bu mövsüm premyer-liqadakı üç oyununda məhz İnqilab Məmmədov iş başında olub. Yuxarıda bu oyunlardan biri haqda danışdıq. Premyer-liqanın 5-ci turunda ağdamlılar səfərdə “Zirə” ilə qarşılaşıb və inamlı qələbə qazanıb (3:1). Bu oyunda “Qarabağ”dan heç bir futbolçu sarı vərəqə ilə cəzalanmayıb. Hakimlik baxımından isə matç sakit məcrada keçib.
Misli premyer-liqasının 29-cu turunda “Qarabağ” “Zirə”ni qəbul edib və bu dəfə də qələbə qazanıb (1:0). Oyunun sonlarında baş verən penalti epizodu diqqəti çəkib. “Zirə”nin futbolçusu Qismət Alıyev penaltini dəqiq yerinə yetirə bilməyib. Həmin oyunda “Qarabağ”dan yalnız bir futbolçu sarı vərəqə alıb.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri