Icma.az
close
up
RU
Qərb Gürcüstanla bağlı hərəkətə keçdi Tbilisidə ya inqilab olacaq, ya da...

Qərb Gürcüstanla bağlı hərəkətə keçdi Tbilisidə ya inqilab olacaq, ya da...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi oktyabrın 26-da “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qalib gəldi. Bunun ardınca bir sıra ölkələr Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qalibiyyət səbəbi ilə təbrik etdi. Lakin ölkə daxilində, eləcə də xaricində bir çox qüvvələr bu qələbəni tanımadıqlarını, eləcə də seçki prosesində saxtakarlıqların olduğunu bildirdilər. Hakim “Gürcü Arzusu” partiyası isə ayrı-ayrı qanun pozuntuları olsa da, seçkinin nəticəsinə təsir edəcək səviyyədə olmadığını qeyd etdi. Ardınca isə Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanatla çıxış edərək nəticələri tanımadıqlarını açıqlayıblar.

“Gürcü Arzusu” partiyasını seçkidə qələbə münasibəti ilə hansı ölkə, parlament rəhbəri təbrik edib? 

Globalinfo.az-ın apardığı araşdırmalara görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qazandığı uğura görə təbrik edənlər arasındadır.

Siyahıda Azərbaycan Baş nazir Əli Əsədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan var.

Amma hələ də ABŞ və Avropa Birliyi seçkidə iştirak edən tərəflərdən heç birini təbrik etməyib. ABŞ dövlət katibi Entoni Blinken və Avropa Birliyi komissarı Cozef Borelin açıqlamalarında seçkilərin nəticələrini tanımaqla bağlı hələ də birmənalı fikir yoxdur. Heç bir siyasi qüvvə də qalib kimi təbrik edilməyib. Bu isə Qərblə Gürcüstan arasında ciddi fikir ayrılığının olmasına dəlalət edir. Vaşinqton və Brüssel nəyi gözləyir? “Gürcü Arzusu”nun qələbəsini tanımamaqla Tbilisini çıxılmaz durumda qoymağı hesablayıblar? Seçkinin nəticələri legitim elan edilərsə, bu, Gürcüstan müxalifətinin cəsarətlənməsinə, yenidən təşkilatlanmasına gətirib çıxaracaq.

Əslində bunun əlamətləri ortadadır. Müxalifət seçki günü və ondan sonrakı günlərdə etiraz aksiyaları keçirib. Bu aksiyalar Gürcüstan prezidenti Zurabaşvili liderlik edib.

Noyabrın 4-də isə Tbilisidə aksiyalara start verilib. Mitinq bu gün 19:00-da parlament binasının qarşısında başlayıb. Aksiya öncəsi müxalifət liderləri Lelo Partiyasının ofisində konsultasiyalar üçün toplaşıblar.

Qərbin təsir dairəsindəki siyasi qüvvələr yenidən ayaqlanıb. İndi əsas sual bundan ibarətdir ki, Tbilisi keçirilən aksiyalar Gürcüstanda hansı siyasi dəyişikliyə səbəb olacaq? İnqilab baş verəcək, təkrar seçki keçiriləcək? Bu sualların cavabı yaxın günlərdə yəqin ki, bilinər.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri