Icma.az
close
up
RU
İnşaat həcmi son illərdə azaldı, tikinti şirkətləri qiymətləri qaldırmağa başladı, artıq rəqabət qalmadı

İnşaat həcmi son illərdə azaldı, tikinti şirkətləri qiymətləri qaldırmağa başladı, artıq rəqabət qalmadı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb. Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.Qonşu dövlətlərdə - İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiyada neçə ilə ev almaq olar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan əmlak eksperti Elnur Azadov bildirib ki, inşaat materiallarının sırasında ən çox bahalaşma göstərən armatur oldu: “Fərdi araşdırmama görə, yeni tikililərdə ilkin bazardakı qiymətlər təxminən 57-58 %-ə gəlib çatıb. Bazarda da oxşar bir rəqəmdir. Əslində, MDB ölkələrdən fərqli olması yaxşı misaldır. Burada müəyyən faktorlar var ki, iqtisadiyyatımız daha güclüdür. Biz neft ölkəsiyik. Daha başqa bir məsələ, biz müsəlmanıq və bizdə əhali artımı onlardan daha çoxdur”.

Elnur Azadov

Elnur Azadov vurğulayıb ki, inşaat həcmi son illər ərzində azalmaqdadır: “2021-ci ildən sonra bizdə işğal olunmuş ərazilərdə inşaat başladı. Buna görə də inşaat materiallarının sırasında armatur ən çox bahalaşan material oldu. Orta hesabla təxminən qiyməti 780 manatdan 1200 manata çıxdı. Buna paralel digər inşaat materialları bahalaşdı. Beləliklə, monopoliya oldu. Daha sonra tikinti və şəhərsalma normativləri sərtləşdi. Tikinti əmsalları azaldı, tikinti şirkətləri üçün bu kimi həcmli binalar inşa etmək sərf etmədi.

Ümumiyyətlə, inşaat həcmi son illər ərzində azalmaqdadır. Tikinti şirkətləri bu zaman qiymətləri qaldırmağa başladı. Hazırda rəqabət yoxdur. Tikinti şirkətləri arasında demək olar ki, təklif bazarda olduqca azdır və qiyməti getdikcə artır.

Digər qonşu ölkələrdə bu kimi proseslər olmamışdır. Bu baxımdan, bizdə qeyri-normal qiymət artımı müşahidə olunmağa başladı. Əslində bu kimi qiymət artımı istər ipotekalar üçün, istər Milli Bank üçün, istər vətəndaş və ya iş adamı üçün bizim iqtisadiyyatımıza hərtərəfli zərər gətirir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri