Icma.az
close
up
RU
Taksi şirkətləri qiymətləri artırıb? AÇIQLAMA

Taksi şirkətləri qiymətləri artırıb? AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Son vaxtlar pik saatlarda taksilərdə gedişhaqqının yüksək həddə çatması ilə bağlı məlumatlar yayılıb. Müşahidələrə əsasən, günün pik saatlarında taksi qiymətləri 2-3 dəfə bahalaşır. Bu da vətəndaşların müəyyən narazılığına səbəb olur. Bəs görəsən taksi qiymətlərində baş verən bu qiymət fərqinin səbəbləri nələrdir?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, dünya təcrübəsində taksi faəliyyətində qiymətlərin fərqli olması normal hal kimi qəbul olunur.

Onun sözlərinə görə, pik saatlarda, bayram günlərində, müxtəlif hava şəraitlərində qiymətlərin dəyişmə ehtimalı olduğuna görə taksinin qiyməti də baha ola bilər: “Eyni zamanda gecə, gündüz tarifləri də fərqli ola bilir. Odur ki, taksilərdə qiymətlərin bu cür tənzimlənməsi dünya təcrübəsində də mövcuddur. Lakin qiymətlərin aşağı və yuxarı həddi müəyyən edilmədiyinə görə ən çox yaşanılan problem də elə bundan qaynaqlanır. Biz səhər, günorta və axşam saatlarında tamamilə fərqli qiymətlər müşahidə edirik. Lakin bəzi taksi şirkətlərinin bunu hansı əsasla etdiyi də sual altındadır”.

Ekspert vurğulayıb ki, ona görə də qiymət dəyişimi qanuni və əsaslı şəkildə həyata keçirilməlidir: “Vətəndaş da buna uyğun davranmalıdır. Burada vətəndaşlar arasında müəyyən narazılıq da yaranır. Buna görə də qiymətlərin aşağı və yuxarı hədləri müəyyən olunmalıdır. Günün müəyyən saatlarında belə fantastik rəqəmlər ortaya çıxmamalıdır. 5-6 manata gedilən yol ikiqat - 12 manat hesablanırsa, bu, artıq düzgün yanaşma deyil”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə söyləyib ki, taksi şirkətlərinin fürsətdən istifadə edərək qiymətləri artırması istehlakçıların hüquqlarını pozması deməkdir:

“Taksi qiymətləri dəyişən tarifdir. Burada günün pik, sutkanın qaranlıq və gündüz saatlarına, hətta hava şəraitinə görə də qiymətlər dəyişə bilir. Lakin bu o demək deyil ki, bəzi taksi şirkətləri fürsətdən istifadə edərək qiymətləri dəfələrlə qaldırmalıdır. Bu, artıq sərnişinin bir istehlakçı kimi hüququnun pozulması deməkdir. Qiymət əgər dəyişirsə, taksinin tövsiyə olunmuş hər kilometrinə görə hesablanan qiymət əsasında dəyişməlidir. Yəni ümumi məsafəyə görə hesablanmış məbləğin 2-3 dəfə artırılması ilə olmamalıdır”.

(iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri