İnsan gəzərkən danışdıqda daha çox enerji sərf edir Həkim
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Orta hesabla bir ədəd şəkərbura təxminən 300 kilokalori, bir dilim paxlava isə 450–500 kilokalori təşkil edir. Bu isə o deməkdir ki, bir ədəd şəkərburadan alınan enerjini xərcləmək üçün təxminən yarım saat tredmildə qaçmaq və ya 40 dəqiqə piyada yürüş etmək lazımdır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.
Həkim vurğuladı ki, qəbul etdiyimiz kaloriləri nəzərə almalı və onları balanslaşdırmalıyıq:
"Hava günəşli və əlverişlidirsə, daha çox gəzmək, yürüş etmək faydalıdır. Üstəlik, gəzinti zamanı söhbət etmək də əlavə kalori sərfiyyatına səbəb olur. Tədqiqatlar göstərir ki, insan gəzərkən danışdıqda daha çox enerji sərf edir. Buna görə tək gəzməkdənsə, yanında dost və ya tanışın olması daha faydalıdır. Bu kimi yanaşmalardan istifadə etməklə bədən çəkisini stabil saxlamaq mümkündür. Bayram günlərində də sağlam qidalanma prinsiplərini unutmamaq vacibdir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 18 Mart 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















