Icma.az
close
up
RU
İnsan hüquqları komitəsi media savadlılığı ilə əlaqədar müzakirələr keçirəcək

İnsan hüquqları komitəsi media savadlılığı ilə əlaqədar müzakirələr keçirəcək

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə komitənin payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsinin ikinci oxunuşda daxil edildiyini deyib.

Komitə sədri, əvvəlcə, 2024-cü ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə məlumat verib. O, nəzərə çatdırıb ki, sessiya ərzində komitənin 12 iclası keçirilib, 23 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə olunub. Belə ki, ötən sessiyada “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi, həmçinin Elektron Hökumət İnformasiya Sistemindən istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” və bir sıra digər qanun layihələrinə baxılıb.

Bildirilib ki, sessiya müddətində komitənin sədri və üzvləri bir çox yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib, görüşlər keçiriblər. Bununla yanaşı, millət vəkilləri insan hüquqları mövzusunda mediada çıxışlar edib, müsahibələr veriblər, habelə televiziya proqramlarında ictimai həyatın müxtəlif sferalarını əhatə edən məsələlərə münasibət bildiriblər.

Hesabat dövründə komitəyə 422 sənədin daxil olduğu söylənilib. Qeyd edilib ki, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib, lazımi izahatlar verilib.

Sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif  görüşlərin keçirilməsi nəzərdə tutulur. İş planında, habelə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və müharibə cinayətlərinin insan hüquqları aspektində geniş ictimaiyyətə çatdırılması, Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində ictimai dinləmə və dəyirmi masaların keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Bununla yanaşı, yaz sessiyasında rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması, süni intellekt və insan hüquqları, media savadlılığı ilə əlaqədar, ekoloji insan hüquqlarına dair müzakirələrin təşkili, habelə ölkənin insan hüquqları təsisatları qarşısında duran strateji vəzifələrlə bağlı aidiyyəti qurumlarla görüşlərin keçirilməsi və bir sıra digər tədbirlər planlaşdırılır.

Müzakirələrdə komitənin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Vüqar Rəhimzadə, Azər Allahverənov, Sevil Mikayılova, Naqif Həmzəyev çıxış ediblər.

Deputatlar payız sessiyasının məhsuldar keçdiyini, komitə üzvlərinin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş dəyərləndiriblər.

Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Komitənin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.

Komitə sədri Zahid Oruc çıxışlarda qaldırılan məsələlərə münasibət bildirib, habelə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.

İclasda, həmçinin ikinci oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi nəzərdən keçirilib. Dəyişiklikdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitə üzvləri Tural Gəncəliyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri