Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı biblioqrafik icmal, ənənəvi və virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanmış rəsmi sənədlərin tam mətni təqdim edilir. Dünyada və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, aparılan islahatlar, Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi, Ombudsman təsisatının yaradılması, Azərbaycanın bir sıra hüquqi aktlara qoşulması haqqında məlumat verilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda “Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar”, “Demokratiya dərsləri”, “Azərbaycan Respublikasında beynəlxalq müqavilələrin implementasiyasının konstitusiya əsasları”, “İnsan Hüquqları Komitəsi: nəzəri və praktiki problemlər: dərs vəsaiti”, “İnsan hüquq və azadlıqları ümumbəşəri dəyərlər sistemində: müasir çağırışlar və təhdidlər”, “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər” kimi Azərbaycan, ingilis və rus dillərində 30-dan artıq kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 10 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















