Icma.az
close
up
RU
Sadə insan, dəyərli professor

Sadə insan, dəyərli professor

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

(Eldar Məmmədbəyliyə ürək sözlərim)

Bu yaxınlarda bizim əməkdaşı olduğumuz Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi Şurasının iclasında toplaşmışdıq. Bu iclasda E.Məmmədbəylinin gələn ilin başlanğıcında 85 yaşının tamam olması münasibətilə bioqrafik və elmi fəaliyyətinə dair kitabın hazırlanması barədə söhbət oldu. Mən Eldar müəllimin haqqında beş il bundan əvvəl dərc olunmuş kitabla tanış olmuşdum, daha doğrusu, bu kitabı diqqətlə oxumuşdum. Birdən fikrimə gəldi ki, bəlkə mən də hazırlanmağı qərara alınmış bu yeni kitabda professorun haqqında ürək sözlərimi oxucularla bölüşüm. Zamanın bir anındaca qərara gəldim ki, mütləq yazacagam.

Hər şeydən əvvəla onu qeyd edim ki, Eldar müəllimlə məni yaxın edən təkcə eyni institutda işləməyimiz deyil, həm də zaman-zaman keçirilən müxtəlif tədbirlərdə müəyyən məsələlərə münasibətlərimizdəki uyğunluq olub. Bu yaxınlığın daha da dərinləşməsinin təməli isə bizim institutda keçirilən bir tədbir zamanı qoyulub. Belə ki, həmin tədbirdə mən və Eldar müəllim təsadüfən yan-yana oturmuşduq. Tədbir başlayana qədər yaranan boşluq zamanı biz Eldar müəllimlə müxtəlif mövzularda fikir mübadiləsi etdik və həmin gündən sonra davamlı olaraq görüşüb, müxtəlif mövzularda söhbətlər edərdik. Mən hər görüşümüzdə yeni bir Eldar kəşf edirdim, bu qədər kamil və hərtərəfli insanı tanıdığım üçün özümü xoşbəxt sanırdım. Ona görə də qərara gəldim ki, Eldar müəllim haqda yaranmış fikirlərimi yazıya çevirib, oxuculara çatdırım.

“Hər görüşümüzdə yeni bir Eldar kəşf edirdim” fikri üzərində bir az ətraflı dayanmaq istərdim. Belə ki, mən Eldar müəllimi bir kimyaçı alim kimi tanıyırdım. Görüşlərimizin birində o, yazdığı şeirlərindən oxudu. Mən onun şeirlərindəki sözlərin fəlsəfəsini, axarlığını, çox geniş fikirləri bir neçə sözə sığdırdığını gördüm. Halbuki, Eldar müəllim şair adı daşımır, amma oxucular məndən inciməsin, o, oxuduğum bir çox şairlərdən daha dolğun, daha məharətli, daha əhatəli yazır. Mən Göyçə mahalının, yəni Ələskər yurdunun yetişdirməsi kimi, az-çox şeir-sənət aləminə bələd olduğumdan, bu fikri cəsarətlə deyirəm.

Eldar müəllimin şeirləri içində doğma kəndi Arısu haqqında yazdığı misralarda onun öz elinə-obasına bağlılığı o qədər gözəl tərənnüm olunmuşdur ki, insan valeh olmaya bilmir. Deməli, belə çıxır ki, Eldar müəllim həm də poeziyanı, şeri sevən bir insandır.

İndi isə Eldar müəllimi digərlərindən fərqləndirən başqa bir cəhətə nəzər salaq. İnstitumuzda keçirilən istənilən tədbirdə Eldar müəllim çıxış üçün söz istəyər və mövzuya uyğun o qədər əhatəli, dolğun, nümunəvi çıxış edər ki, ondan sonra çıxışa yer darısqal olur. Hələ bu da hamısı deyil, Eldar müəllim deyiləcək sözü çoxlarının demək istəyib, nədənsə, kimdənsə qorxub-çəkinərək deyə bilmədiyi sözləri qorxmadan-çəkinmədən mərdi-mərdanə söyləyəndir. Bu da müəllimin bir özəlliyidir.

Eldar müəllimin milli ruhda yazdığı bir çox şeirləri onun vətənini, millətini və dövlətini sevən, dəyər verən bir insan olduğundan xəbər verir. Onun 13.06.2025-ci il tarixli “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş “Dünyanın hazırkı qlobal problemlərinin həllində Ukrayna probleminin yeri” yazısından görünür ki, Eldar müəllim dünyada baş verən haqsızlıqlara qarşı da biganə deyil.

Bu yazdıqlarımla mən Eldar müəllimi vətənpərvər, adil, aqil, şair, yazıçı, mərd bir filosof kimi görürəm. Haqqında fikir söylədiyim bu insan, hərtərəfli biliyə malik ziyalı, öz tədqiqatları sahəsində dünyada tanınan bir alim, lazım gələndə qələmə sarılıb aktual məsələlərə, məhəbbətə, bəzən tənqidi yanaşmaya dair yazıları ilə çıxış edən bir yazardır.

Mən təbiətcə belə insanam ki, dəyərli bildiyim hər bir şeyi millətimlə bölüşməyə çalışır, millətimin necə dəyərli millət olduğunu başqa millətlərə sübuta yetirmək üçün həmişə öz üzərimdə işləyirəm. Eldar müəllim kimi dəyərli bir ziyalımızı onun oxucularına daha yaxından tanıtmaqda mənim də azacıq da olsa payımın olmasını istədim.

Hörmətli Eldarsevərlər!

Əvvəlcədən hamınızdan üzr istəyirəm, belə ki, Eldar müəllim məndən 22 yaş böyükdür, özümdən yaşca bu qədər böyük olan zəngin bir insan haqda fikir söyləmək çox böyük məsuliyyət tələb edir. Üzürümün əsas səbəbı də budur ki, yazdıqlarımda bir qüsur görsəniz, üzürlü sayasınız.

Mənim düşüncəmə görə hər mənada ən böyük peşə müəllim peşəsidir. Çünki bütün ixtisas sahibləri müəllim vasitəsi ilə həmin ixtisasa yiyələnmiş olurlar. Onu da deyim ki, mən “müəllim” dedikdə, müəllim işləmək üçün diplomu olan hər adama müəllim demirəm. Əsl müəllim insana həyatın ona verəcəyi diplomun almasını öyrədəndir.

Fikrimi niyə müəllimlə başladım? Hər şeydən öncə Eldar müəllim xoşbəxt adamdır ki, artıq o, müəllim ailəsində dünyaya göz açmışdır.

İkincisi, Gədəbəy ölkəmizin ən dilbər guşələrindən biridir. Bir elm adamı kimi deyə bilərəm ki, insanın insan kimi yetişməsində rolu olan üç ünsür - hava, torpaq, su, hamımıza məlumdur ki, bunların hər üçü Gədəbəydə möhtəşəmdir. Deməli, burada da Eldar müəllimin bəxti gətirib.

Üçüncüsü, mənə görə, ad amili də həyatımızda çox böyük rola malikdir. Eldar müəllimin doğulduğu kəndin adına nəzər salsaq, “Arısu”, yəni saf su mənasını verir. İndi siz deyin, bu cür göstəricilərə malik olan insan necə biri olmalıdır?! Mən düşünürəm ki, elə məhz bu göstəricilərə malik insan məhz professor Eldar Məmmədbəyli kimi olmalıdır.

İndi isə Eldar müəllimin keçdiyi yaradıcılıq yoluna nəzər salaq. Hesab edirəm ki, ondan sonra mənim nə qədər haqlı olduğuma özünüz şahid olacaqsınız.

Professor E.Məmmədbəyli 660-dən çox elmi əsərin müəllifidir. Bunlardan 12-i SSRİ müəlliflik şəhadətnaməsi, 4-ü Azərbaycan patenti, 3-ü monoqrafiyadır.

Eldar Məmmədbəylinin rəhbərliyi altında doqquz fəlsəfə doktoru, üç elmlər doktoru dissertsiya işləri müdafiə olunmuşdur. Hazırda onun rəhbərliyi altında bir neçə əməkdaş fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi üzərində işləyir.

Uzunmüddətli uğurlu elmi fəaliyyəti nəzərə alınaraq, professor E.Məmmıdbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin 1452 saylı 1 oktyabr 2019-cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Həm də bu qocaman alimin səksən yaşından sonrakı fəaliyyətini ayrılıqda nəzərinizə çatdırmaq istəyirəm. Hələ tamamlanmamış 5 il ərzində hörmətli professorun elmi yaradıcılığı haqqında aşağıdakı faktlara diqqət edək. Məsələn, onun elmi əsərlərin ümumi sayı 180-dən çoxdur, bunlardan üçü Azərbaycan patenti, üçü isə monoqrafiyadır. Bu müddət ərzində Eldar müəllimin rəhbərliyi ilə bir doktorluq, üç fəlsəfə doktorluğu dissertasiya işləri müdafiə olunmuşdur.

Mən bu siyahını çox uzada bilərdim, amma oxucuları yormaq istəmədim. Son deyəcəyim söz budur, elmi işlərlə məşğul olan adamlar bilir ki, bir alim yetişdirməyin özü çox böyük bir hünərdir. Eldar müəllimin yetişdirmiş olduğu alimlərin və nəşr olunmuş məqalələrinin sayına nəzər salmaq kifayətdir ki, onun millətimizə, dövlətimizə nə qədər gərəkli və dəyərli bir vətəndaşı olduğunu anlayaq.

Görkəmli professor, Sizin kimi vətəndaşları olan dövlət əbədi yaşar çiçəklənən və öncül olacaq. Hesab edirəm ki, alimlərin, müəllimlərin, mədəniyyət işçilərinin, yəni layiq olan vətəndaşların işlərinə lazımi qiymət verən Azərbaycan dövləti Sizin işlərinizə layiq olduğu qiyməti verəcəkdir.

Eldar müəllim, sağlam olun, örnək olun, həyat yolunuzda rəng olaraq sevdiyiniz yaşıl işiqlar daim yanar olsun.

Fazil ƏHMƏDOV

ARETN-nin NKPİ-nin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent                              

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see173

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see144

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see136

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see135

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see128

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see126

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see126

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see121

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see120

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri