Icma.az
close
up
RU
İnsan nə üçün ət yeməlidir

İnsan nə üçün ət yeməlidir

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Məhz ətdən biz orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri alırıq.

Onlardan ən vacibləri - zülallardır. Bu zülallar insanın həzm sistemində amin turşulara kimi parçalanır və daha sonra bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.

İnsan orqanizmi zülalları ehtiyat üçün yığmır. Bu səbəbdən orqanizm daim qida ilə zülal almalıdır. İnsan zülalları həm bitkilərdən, həm də ətdən (burada həmçinin toyuq və balıq əti nəzərdə tutulur) alır. Lakin ətdən zülallar almaq daha asandır. Ətdə insanın orqanizmi üçün bütün lazım olan əvəzolunmaz turşular var. Beləliklə, gün ərzində 1 neçə tikə ət yeməklə insan orqanimin zülallara olan ehtiyacını tam  ödəyir.

Bəli, bəzi bitkilərdən də zülallar almaq olur. Lakin ətdən fərqli olaraq bu daha çətindir - müxtəlif bitkilərdə bir və ya bir neçə aminturşuları olur (yəni hamısı yox). Beləlikə, insan aminturşulara olan ehtiyacını ödəmək üçün daim müxtəlif bitkiləri kombinasiya etməlidir. Bu isə heç də asan iş deyil.

Zülallar orqanizmin normal fəliyyətində əsas rollardan birini oynayırlar:

- İlk növbədə zülal orqanizmdə "tikinti"  funksiyasını yerinə yetirir. Zülallar bizim dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizi, immun və qan sistemlərimizin və s. əsasıdır.

- Zülallar orqanizmdə nəqliyyat funksiyasını yerinə yetirir. Xüsusi zülallar orqanizmin fəaliyyəti üçün lazım olan maddələri özünə birləşdirir və orqanizmin müxtəlif yerlərinə çatdırır.

- Zülallar immun sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

Əgər uzun müddət ərzində insan orqanizminə zülallar daxil olmazsa, bu bir çox pozulmalara gətirib çıxardacaq:

- Bizim dərimiz kollaqen zülalından ibarətdir. Orqanizm zülal çatışmazlığından əziyyət çəkdikdə, dəri qocalmağa başlayır - qırışır, sallanır. Bundan əlavə dirnaqlar da kövrək olur, laylanır, saçlar quru və cansız görünür.

- Zülalların çatışmazlığı zamanı zülallarda olan ehtiyacını ödəmək üçün orqanizm daxili orqanlardan istifadə etməyə başlayır. İlk növbədə orqanizm zülalları əzələ toxumasından götürməyə başlayır, daha sonra daxili orqanlara keçir.

- Bizim hormonlar da zülallardan ibarətdir. Məhz bu səbəbdən zülaların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır.

- Zülalların çatışmazlığı uşaq orqanizmi üçün xüsusilə ziyanlıdır. Bu halda uşağın inkişafı və boyatması ləngiyir.

- Zülalların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.

Zülallardan əlavə ətdə orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox vitamin və mikroelementlər var. Bunlardan ən əhəmiyyətlisi dəmirdir. Orqanizmdə dəmirin çatışmazlığı müxtəlif pozulmalara yol açır. Dəmir orqanizm boyu oksigenin daşınması prosesində iştirak edir. Dəmir çatışmazlığı zamanı orqanizmin oksigenlə təchiz olunması pozulur ki, bunun nəticəsində orqanizmdə müxtəlif pozulmalar yaranır. Dəmirin ən dəyərli mənbəyi ət sayılır. Ətdə olan dəmir orqanizm tərəfindən bitkilərdə olan dəmirlə müqayisədə daha yaxşı mənimsənilir.

Beləliklə, ət insanın rasionunda daim olmalıdır. Dietoloqların araşdırmalarına görə, hər gün 100 qr ət yeyən insan orqanimini bütün lazım olan aminturşular və dəmirlə təmin edir. Əzələ toxuması çox olan, ağır fiziki işlə məşğul olan kişilərə gün ərzində 2-3 dəfə çox ət tələb olunur. Ət yağsız olmalıdır və suda, buxarda və ya sobada (folqada, yağ əlavə olunmadan) bişirilməlidir. Qızardılmış, hisə verilmiş ət, kolbasa və sosis məmulatları, ət konservləri sağlamlıq üçün ziyanlıdır.

Həddən artıq miqdarda ət qəbul etmək olmaz. Bu insanın sağılamlığına ziyan gətirə  bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri