Icma.az
close
up
RU
İnsan niyə haram yola meyil edir?

İnsan niyə haram yola meyil edir?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı - Şamaxı yolunun üstündə At yalı qəsəbəsində fəaliyyət göstərən təkər dəyişən ustalar yola qəsdən mismar səpirlər ki, hərəkət edən maşınların təkərləri partlasın və sürücülər onlara müraciət etsinlər.

Bəs insanlar niyə pulu haram yolla qazanmağa çalışır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, insan çətinlik, maddi sıxıntı, qeyri-sabit həyat şəraiti və sosial ədalətsizlik hissi ilə üz-üzə qalanda bəzən doğru ilə yanlış arasındakı xətti itirir:

"Özündə dəyər hissini pul qazanmaqla ölçür, amma bunun üçün sağlam yollar tapmadıqda qısa yollara üz tutur. Bu cür davranışın əsasında həm də məsuliyyətdən yayınma, nəticəni düşünmədən qərar vermə və empati çatışmazlığı dayanır. Qarşısındakı insanın təhlükədə olacağını, zərər görəcəyini dərk etsə də, qazanc ehtiyacı onun mənəvi baryerlərini zəiflədir".

Psixoloqun sözlərinə görə, zəmanənin belə olması isə insanlardan çox sistemə, sosial münasibətlərə, cəmiyyətdə formalaşmış dəyərlərə bağlıdır:

"Əgər cəmiyyətdə dürüst əməyin dəyəri aşağı qiymətləndirilir, amma “çətin yolla” qazananlar daha çox hörmət görürsə, insanlar da özlərini haqlı çıxararaq yanlış davranışlara yönəlirlər. Bu, həm də kollektiv məsuliyyətin itməsi, hamının “mən özümü qurtarmalıyam” düşüncəsinə çəkilməsi ilə bağlıdır.
Etik dəyərlər, vicdan və insan həyatına hörmət heç bir sosial və iqtisadi səbəblə izah edilə bilməz. Qısa qazanc üçün başqasının həyatını riskə atmaq, əslində insanın özü ilə münasibətinin pozulduğunu göstərir. Daxili sabitliyi, güvəni və məqsədi olan insan heç vaxt haram yola meyil etmir, çünki öz dəyərlərini itirmək qorxusu qazanc itirmək qorxusundan böyükdür.

Cəmiyyətin sağlamlaşması üçün həm fərdi, həm də ümumi səviyyədə dəyər sisteminin bərpası vacibdir: dürüstlük nümunələrinin artırılması, təhsil və maarifləndirmə, sosial ədalət, və ən əsası, insanların bir-birinə güvən hissinin geri qaytarılması. İnsanı dəyişdirən təkcə psixoloji məsləhət deyil, həm də gördüyü mühitdir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri