Icma.az
close
up
RU
İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?

İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur romantik filmlər - məsələn, "The Notebook" və "Titanic" tamaşaçılara sevginin yalnız bir dəfə yaşandığını təlqin edir. Lakin yeni elmi araşdırma reallığın fərqli olduğunu göstərir.

Milli.Az xəbər verir ki, ABŞ-dakı Kinsey Institute alimlərinin araşdırmasına əsasən, insanların əksəriyyəti həyatları boyunca iki dəfə ehtiraslı sevgi yaşayır.

Araşdırma çərçivəsində 18 yaşdan 99 yaşadək 10 mindən çox subay yetkin şəxs arasında sorğu keçirilib. İştirakçılara belə sual ünvanlanıb: "Həyatınızda neçə dəfə ehtiraslı şəkildə aşiq olmusunuz?"

Nəticələr nə göstərib?

14,2 faiz respondent bildirib ki, heç vaxt ehtiraslı sevgi yaşamayıb

27,8 faiz bir dəfə aşiq olub

30,3 faiz iki dəfə aşiq olub

16,8 faiz üç dəfə aşiq olub

10,9 faiz dörd və ya daha çox dəfə aşiq olub 

Ən geniş yayılmış cavab "iki dəfə" olub.

Tədqiqatın aparıcı müəllifi doktor Amanda Hesselman qeyd edib ki, insanlar tez-tez aşiq olmaqdan danışsalar da, bu hissin həyat boyu neçə dəfə yaşandığını birbaşa soruşan ilk araşdırma məhz bu olub.

Onun sözlərinə görə, əksər insanlar üçün ehtiraslı sevgi həyatda cəmi bir neçə dəfə baş verən təcrübədir.

Yaş faktoru da rol oynayır

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca yaşanan aşiqolma sayı da artır. Yaşlı iştirakçılar gənclərlə müqayisədə daha çox romantik təcrübə yaşadıqlarını bildiriblər.

Alimlər vurğulayırlar ki, bu nəticələr "yeganə yar" ideyasını sual altına alır. Bir taleyüklü sevgi əvəzinə, insanların çoxu həyatları ərzində bir neçə dəfə dərin şəkildə aşiq ola bilər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, ehtiraslı sevgi geniş yayılmış hissdir - insanların əksəriyyəti onu ən azı bir dəfə yaşayır. Lakin hər bir fərd üçün bu təcrübə nadir hallarda baş verir və epizodik xarakter daşıyır.

Kimlər daha çox subay qalır?

University of Zurich mütəxəssislərinin məlumatına görə, ali təhsilli, valideynləri ilə yaşayan şəxslər və kişilər daha çox subay qalmağa meyllidirlər.

Alimlər bildirirlər ki, həm sosial-demoqrafik amillər, həm də psixoloji xüsusiyyətlər insanın romantik münasibətə başlayıb-başlamamasına təsir göstərir. /Lent.az 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Mart 2026 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri