Icma.az
close
up
RU
İnsan orqanizminin MÖCÜZƏLƏRİ

İnsan orqanizminin MÖCÜZƏLƏRİ

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s.

Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil.

Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var.

Publika.az sizə insan orqanizminin maraqlı sirli xüsusiyyətlərini açıqlayır:

1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir - İnsan sümüyü - Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük - böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər.

2. Orqanizmdə hüceyrələr saniyədə 25 milyon dəfə yenilənir - Bədənimizin hüceyrələri ən önəmli funksiyanı yerinə yetirir. Hər saniyədə 25 milyon dəfə yenilənən hüceyrələrin sayəsində orqanizm özünü tənzimləyir. Orqanizmin ən önəmli müdafiə qatı dəridir. Dəri toxumaları xarici mühitlə təmasda olduğu üçün tez-tez dəyişikliklərə məruz qalır. Məhz sürətlə yenilənən hüceyrələr sayəsində dəridə olan kəsiklər, müxtəlif yaralar, yanıqlar qısa müddətdə sağalır.

3. İnsan bədənində mövcud olan damarların ümumi ölçüsü 100 min kilometrdir. Əgər insan orqanizmində böyük arteriyallardan kiçik kapilyarlara qədər bütün damarları bir xətt üzrə ağız-ağıza qoysaq, yer kürəsini iki dəfə sarımaq olar.

4. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər. Araşdırmalara görə insanlar kitabı səssiz oxuyarkən ucadan oxuduqlarından 2 dəfə daha sürətli oxuyurlar. Ümumi götürsək, 3 cür oxunuş forması mövcuddur - bədahətən yəni sərbəst cümlələr quraraq, ucadan oxuyarkən və vizual oxuma - yəni səssiz. Sözləri özümüz seçsək də, bu şəkildə insan beyni ən ləng nəticəni göstərib - dəqiqədə 250 söz. Ucadan oxuyarkən beynimiz dəqiqəyə 450 söz oxuya bilir. Amma vizual oxuma zamanı dəqiqədə 700 söz qeydə alınıb. Bəzən sürətli oxuyan gəncləri görüb heyrətlənirik. Bu bütün insanlarda belədir. Sadəcə aktiv şəkildə çox mütaliə edərək bu nəticələri və hətta daha yüksək nəticələrə nail olmaq

5. İnsanın saçları dəhşətli dərəcədə güclüdür. Orta hesabla, insanın başında təxminən 150 min tük bitir. Birlikdə toplanmış saç 12 ton ağırlığı qaldıra biləcək gücə malikdir. Bu təxminən iki nəhəng filin çəkisi deməkdir. Bundan başqa bir tel çəkisi çox olmayan kiçik bir butulkanı qaldıra bilər.

6. Qadınlar kişilərə nisbətən rəngləri daha yaxşı ayırırlar.

İnsan orta hesabla milyon rəng və onun müxtəlif çalarlarını ayırmağı bacarır. Rəngi seçmək üçün gözlərdə xüsusi neyronlar və dəqiq seçimi tənzimləyən kiçik kolbalar mövcuddur. Kiçik kolbaların əksər hallarda 3 tipi məlumdur. Birinci genetik mutasiyalar zamanı yaranan 4-cü dərəcəli kolbalardır ki, onların sayəsində insanlar normal gözlə seçilməyəcək rəngləri, rəng çalarlarını belə rahat ayıra bilirlər. Tetraxromat tip insanlar rənglərdə bəzən seçim edə bilir, bəzən isə yox. Digər növ isə 100-ə yaxın rəng və rəng çalarlarının seçimini təmin edir. Bu proseslər yalnız qadın orqanizminə xasdır. Bir də daltonizm anlayışı var. Görmə pozulması ilə səciyyələndirilən və rəng seçimi verməyən xəstəlikdir. Statistikaya görə, kişilərdə xüsusilə tez-tez rast gəlinir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri