Icma.az
close
up
RU
Türkiyənin payız möcüzələri

Türkiyənin payız möcüzələri

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Dörd fəslin yaşandığı gözəl Türkiyə yalnız yay aylarında deyil, payız mövsümündə də unudulmaz mənzərələr və rəngarəng istirahət imkanları ilə seçilir. Əksər insanların isti yay aylarında üz tutduğu məşhur guşələr payızda da bir o qədər cazibədar olur. Türkiyədə payızda ən gözəl istirahət edə biləcəyiniz məkanları sizə təqdim edirik.
Sözsüz Türkiyəyə gələn turistlər daha çox, ölkənin ən gəzməli şəhəri olan İstanbulu seçir. İstanbulda isə turistlərin ən çox grtdikləri məkanlardan biri Ağvadır. Şəhərin gurultusundan uzaqlaşmaq istəyənlərin tez-tez üz tutduğu bu bölgə yalnız dənizi ilə deyil, həm də bol yaşıllığı və tarixi abidələri ilə tanınır. Xüsusilə payızda Göksu çayının sahilində yaranan mənzərə mütləq görülməlidir. Burada səyahət edənlər Şilə qalasına baş çəkə, Ağva fənərində gün batımını izləyə, Ağlayan Qayanın qarşısında təbiətin gözəlliyinə tamaşa edə bilərlər. Həmçinin Kilimli marşrutu boyunca təbiət yürüşünə çıxmaq, Göksu çayında qayıq turuna qatılmaq və çay kənarındakı restoranlarda yerli yeməkləri dadmaq ziyarətçilərə unudulmaz anlar bəxş edir.
Newscenter.az xəbər verir ki, turistlərin daha bir sevimli məkanı da Boludur. Bu şəhərdə yerləşən Yedigöller Milli Parkı isə payızın rənglərini ən yaxşı şəkildə əks etdirən təbiət möcüzələrindən biridir. Adından da göründüyü kimi, burada Böyük, Kiçik, Sərin, Dərin, Sazlı, Nazlı və İnce adlı yeddi göl mövcuddur. Bu gölləri əhatə edən sıx meşələr qırmızı, sarı və yaşılın saysız çalarları ilə nağılvari mənzərə yaradır. Burada qonaqlar göllər ətrafında yürüş edə, təbiətin qoynunda kamp qura, Kapankaya təpəsinə qalxaraq məşhur Pisagor ağacını və Gülən Qayaları görə bilərlər. Eyni zamanda maral yetişdirmə təsərrüfatını ziyarət etmək və Yığılca Saklıkent şəlaləsində foto çəkdirmək bölgənin ən sevilən fəaliyyətlərindəndir.
Payızda xüsusi gözəlliyə bürünən bölgələrdən biri də Kocaelidə yerləşən Maşukiyədir. “Maşukiyəyə payızda gələn aşiq olar” – deyimi buranı ən yaxşı təsvir edən ifadələrdən biridir. Sıx meşələr, gur şəlalələr, bulaqlar və kənd həyatının səmimiyyəti buranı daha da cazibədar edir. Burada qonaqlar Aygır dərəsində məşhur “kiremitdə alabalıq” yeməyini dadaraq bölgənin mətbəx zənginliyini kəşf edə, Sapanca gölündə kanoe və ya su velosipedi ilə səyahət edə bilərlər. Kuzu və Kirazlı yaylalarında dincəlmək, kənd yarmarkasından təzə məhsullar almaq, həmçinin Mələk suyu və Akpınar bulaqlarının buz kimi sularından içmək Maşukiyəni səyahətçilər üçün unudulmaz ünvan edir.
Türkiyənin ən məşhur turizm bölgələrindən biri olan Kapadokya isə həm yerli, həm də xarici turistlərin böyük maraq göstərdiyi məkanlardan biridir. Balon turları ilə dünyada tanınan bu bölgə əslində çox zəngin tarixi və mədəni irsə sahibdir. Tarix boyu saysız-hesabsız sivilizasiyalara ev sahibliyi edən Kapadokya, özünəməxsus təbii quruluşu ilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Burada Peribacaları və Göreme Milli Parkını kəşf etmək, Aşiq Vadisində gəzinti etmək, Uçhisar qalasına qalxaraq mənzərədən zövq almaq mümkündür. Eyni zamanda Ihlara vadisində yürüş etdikdən sonra çay kənarında bölgəyə məxsus yeməklərin dadına baxmaq, Zelve Ören Yeri və Paşabağ Rahiblər vadisində tarixi kilsələri ziyarət etmək, Ürgüpdəki 3 Gözəlləri və qədim qayalı məzarları görmək turistlərə unudulmaz təcrübələr yaşadır.
Rizenin Çamlıhemşin bölgəsi isə hər zaman dillərdə dolaşan məşhur Ayder yaylası ilə tanınır. Payız mövsümündə bu bölgə xüsusilə təbiət həvəskarlarının sevimli ünvanına çevrilir. Burada Gəlin Tülü şəlaləsi, Gito yaylası, Tunca vadisi təbiət parkı, Mikron körpüsü, Makrevis məhəlləsi və daha bir çox təbiət möcüzəsi ziyarətçiləri gözləyir. Qaçkar dağları və Milli Parkı, Pokut yaylası, Fırtına çayı üzərindəki Şenyuva körpüsü, Palovit şəlaləsi və Zil qalası isə bölgənin simvolik ünvanlarındandır. Çamlıhemşin payızın sərin havasında qonaqlarına həm sakitlik, həm də möhtəşəm mənzərələr bəxş edir.
Türkiyə payızda səyahət etmək istəyənlərə saysız-hesabsız seçim imkanı təqdim edir. İstanbula yaxın Ağva, rəngarəng Yedigöller, təbii gözəllikləri ilə Maşukiyə, tarixi ilə məşhur Kapadokya və dağları ilə seçilən Çamlıhemşin – bunlar qısa istirahət üçün seçiləcək ən gözəl ünvanlardan yalnız bir neçəsidir.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri