Icma.az
close
up
RU
İnsan və heyvanın birgə təsvir olunduğu 12 min illik qədim fiqur tapıldı

İnsan və heyvanın birgə təsvir olunduğu 12 min illik qədim fiqur tapıldı

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İsrail arxeoloqları dünyada insanla heyvanın qarşılıqlı əlaqəsini əks etdirən ən qədim fiqurlardan birini aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, tapıntı PNAS jurnalında dərc olunan araşdırmada təsvir edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, fiqur təxminən 12 min il əvvəl, yerli tayfaların köçəri həyatdan oturaq həyata keçdiyi dövrdə hazırlanıb. Miniatür heykəlcikdə başını qazın boynunun altına əyən qadın təsvir olunub.

Fiqurun ölçüsü cəmi 3,7 sm-dir. O, yerli gildən hazırlanıb və təxminən 400 °C temperaturda bişirilib. Səthdə çatların olmaması onun bişirilmədən əvvəl yaxşı qurudulduğunu göstərir. Analiz zamanı qırmızı piqment oxranın izləri aşkar edilib. Bu piqmentlə qazın başı və boynu, həmçinin qadının bədəninin bəzi hissələri vurğulanıb. Fiqurun üzərində qalmış barmaq izi onu yeniyetmə və ya qadının düzəltdiyini göstərir.

Alimlər bildirirlər ki, bu cür təsvirlər qədim insanların ətraf mühiti və heyvanları necə qavradığını anlamağa kömək edir. İnsan və heyvanın qarşılıqlı münasibətinin bu qədər aydın təsvir olunduğu nümunələr son dərəcə nadirdir və indiyədək buna oxşar cəmi bir neçə nümunə Avropanın yuxarı paleolit dövründən məlum idi.

Loran Devinin rəhbərlik etdiyi komanda fiquru natuf mədəniyyətinə aid Naxal Ein-Ğev II arxeoloji ərazisində tapıb. Obyekt təpə yamacında daşlardan tikilmiş yarımdairəvi qurğunun içində aşkarlanıb. Eyni yerdə 20 insan dəfni və rituallara aid izlər də aşkar olunub.

Devin qeyd edib ki, tapıntı bir neçə istiqamət üzrə mühüm əhəmiyyət daşıyır: bu, təkcə insan-heyvan qarşılıqlı əlaqəsinin ən qədim təsviri deyil, həm də Qərbi Asiyada tapılmış ən erkən naturalist qadın təsviridir.

Natuf icmaları 15-11,5 min il əvvəl Levantda mövcud olmuş və ovçu-yığıcı həyat tərzindən tədricən əkinçilik və maldarlığa keçən ilk qruplardan hesab olunur. Tapıntı pleystosen dövrünün son mərhələsinə, sosial və mədəni dəyişikliklərin intensiv olduğu vaxta təsadüf edir.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri