Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İnsanın üç zindanı

İnsanın üç zindanı

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İnsan “Mənim əlim”, “Mənim ayağım”, “Mənim ruhum”... deyir. Halbuki insan nə əl, nə ayaq, nə də ruhdur. İnsan bütün bunların fövqündə duran bir varlıqdır. İnsan elə o “mən”dir. İnsan həm bədənini, həm də ruhunu doyurmaq üçün həmişə axtarır və həmişə də tapdığı ilə kifayətlənmir. İnsan maddi ehtiyaclarından birini ödəyən kimi onlarla yeni ehtiyaclar meydana çıxır. Mənəvi ehtiyaclar üçün də vəziyyət bundan fərqli deyil.
İnsan maddi baxımdan kiçik bir varlıq olsa da, ruhən kainatdan da böyükdür. İnsan xəyalı və təfəkkürü ilə kainatın sərhədlərini aşır, onun fövqündəki aləmlərdən aldığı mənəvi qidalarla məna pətəyini doldurmağa çalışır. Bu böyük səfərdə insanın azad olmağa çalışdığı əsas üç zindan var. Bu zindanlar zaman, məkan və nəfsdir. Zaman, məkan və nəfs insanın meracında üç mühüm pillədir...
Zaman hər bir aləmdə o aləmə xas ölçü və kefiyyəti özündə əks etdirir. Hər aləm üçün başqa bir zaman və ya başqa bir zaman ölçüsü mövcuddur. Məsələn, molekullar üçün ayrı, atomlar üçün ayrı, elektronlar üçün ayrı, ulduzlar üçün ayrı, planetlər üçün ayrı, qalaktikalar üçün də ayrı zaman və ya zaman ölçüləri var. Ya da bədən ayrı, ruh ayrı, xəyal ayrı zamana və ya zaman ölçülərinə malikdir. Bu baxımdan, nisbi olan zaman ayrı-ayrı insanlar üçün də nisbidir.
Zamanla əhatələnmiş yer kürəsində sonsuzluqdan gəlib sonsuzluğa gedən insan maddi baxımdan zamanın əlçatmaz divarları arasında fikirləri, düşüncələri və xəyalları ilə elə böyük sürətlə hərəkət edir ki, zaman çərçivəsində zamansızlığa yüksəlir. Elə isə insanın meracında ən mühüm pillələrdən biri də zaman zindanından çıxıb zamansızlığa yüksəlməkdir.
Sona doğru yaxınlaşdıqca hərəkət edən bütün materiyalar kimi zaman da sürətini artırır. İnsanın sürət qazanmaq üçün mühərrikli vasitələri icad etməsi əslində zamanın sona yaxınlaşmasından xəbər verir. Zaman sürət yığdıqca insan da sürətini artırmalı olur. Bəli, dünən bir aya qət edilən bir məsafənin bu gün bir neçə saata qət edilməsi, dünən bir əsrdə cərəyan edən hadisələrin bu gün bir neçə ildə baş verməsi bu əsrdə zamanın sürətinin nə qədər artdığını göstərir.
Zaman kimi məkan da insan üçün böyük səfərdə həm pillə, həm də zindandır. Zaman kimi məkan da nisbidir. Zamanın sürəti artdığı kimi məkanın da dairəsi genişlənir. Hər şey öz zamanı ilə mövcud olduğu kimi öz məkanı ilə də mövcuddur. İnsanın bədəni isə onun ilk və ən yaxın məkanıdır. Bundan sonra ətraf, dünya və kainat gəlir. İnsanın ilk məkanı olan bədəni ilə dünya və kainatın maddi sərhədi arasında əslində heç bir fərq yoxdur. Dünya və kainat kimi insan bədəni də İlahi isimlərin həm aynası, həm də təcəllisidir. Ancaq insan bunlarla kifayətlənib qaldıqca məkan da onun üçün zindana çevrilir. Elə isə insan bütün hallarda məkanı aşmağa məcburdur.
Zaman və məkan kimi insanı əhatə edən başqa bir zindan isə nəfsdir. Nəfs insanın maddi arzularının və maddi ehtiyaclarının mərkəzidir. Buna görə də, nəfs maddi arzuları və maddi ehtiyacları insanın qarşısına bir hədəf kimi qoyur. Beləliklə, insan böyük səfərdə nəfsə qarşı mübarizə apardıqca irəliləyir. İnsan nəfsi ilə mübarizə apara-apara zamanın və məkanın sərhədlərini aşır. Dolayısı ilə, nəfs bu böyük səfərdə insanı addım-addım izləyir və nəticədə, insan zaman çərçivəsində zamansızlıq, məkan çərçivəsində məkansızlıq qazanır və insanın nəfsi, haradasa, elə onun özü olur.
Hər bir insan üçün ölüm zaman və məkanın xaricinə çıxmaq və eyni zamanda, nəfsin zindanından azad olmaq deməkdir. Ölüm nəticəsində insan zaman və məkan sərhədini aşaraq, başqa zaman və məkan sərhədinə daxil olur. Həm də bu, təkcə insanlar üçün yox, kainat üçün də belədir. Materiya qatılaşdıqca aşılmaz divara çevrilir. Həyatın nuru zəifləyir, nəfsin arzuları çoxalır. Nəfslə birlikdə zaman və məkan zindanları da alınmaz qalaya çevrilir. Ancaq materiya durulduqca həyatın nuru artır, nəfsin arzuları azalır. Beləliklə, ruh həm zaman, həm məkan, həm də nəfs zindanlarından azad olur və insane səyahətə başlayır.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Avqust 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri