Icma.az
close
up
RU
İnsanlar delfinlərlə danışa biləcək

İnsanlar delfinlərlə danışa biləcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Google" insanlara delfinlərlə danışmağa imkan verən və tezliklə yekun mərhələyə adlayacaq yeni bir süni intellekt modeli yaradıb. Müasir texnoloji üsulun vasitəsi və "DolphinGemma" alqoritminin köməyi sayəsində insanlar ünsiyyət zamanı delfin səslərini tanıyacaq, onlarla sərbəst dialoq qurmaq üçün dilin strukturunu axtaran müasir texnologiyadan istifadə edə biləcəklər.
Reyting.az
-ın məlumatına görə, alimlər onilliklər ərzində delfinlərin dilini, bu dəniz məməlilərinin insanlarla və digər canlılarla ünsiyyət qurmaq üçün istifadə etdikləri bir sıra klikləri, eləcə də çığırtıları, fitləri, həmçinin başqa səsləri deşifrə etməyə çalışıblar. Hazırda "Google"-nin süni intellekti bu işdə böyük köməkçi ola bilər.
Şirkətin "Wild Dolphin Project" tədqiqatlar qrupu ilə "ChatGPT" kimi dil modellərinin nəzdində ən müasir texnologiyaya oxşar xüsusi vasitələrdən istifadə edir. Alimlər delfinlərin səslərini aydınlığı ilə təhlil etmək qabiliyyəti olan "DolphinGemma" süni intellekt sistemini yaratdıqlarını, prosesin son mərhələsinin artıq tamamlandığını bildiriblər.
"Vəhşi Delfin" layihəsi 1985-ci ildən bəri Atlantik okeanında xallı delfinləri tədqiq edir və onların təbii mühitini pozmadan davranışlarını, səslərini öyrənir, eləcə də bütün bunları video ilə qeyd edirlər.
Elm adamları vurğulayıb ki, uzun illər ərzində onlar sualtı səs yazılarının təsirli, həm də çox böyük bir arxivini toplayıblar və bu da, araşdırmalar üçün əsas materiallar mənbəyini yaradıb.
Bəzi nümunələri müəyyən etmək üçün alimlər arxivə müraciət ediblər. Bu sahədə çalışan mütəxəssislər delfinlərin adlar kimi çıxış edən xarakterik fitlərinin və ya münaqişələrlə əlaqəli təkrarlanan səslərinin olduğunu söyləyiblər.
Burada məqsəd eyni zamanda delfinlərin az da olsa, insan dilinə bənzər ünsiyyətə sahib olub-olmadığını anlamaqdır.
"DolphinGemma" modeli "Google"-nin ən müasir "SoundStream" texnologiyasına əsaslanır və o, delfin səslərini "tokenlərə" - xüsusi nümunələrlə başa düşülən şərti vahidlərə ayırır. Dil isə süni intellekt kimi öz vəzifəsini görür, əvvəlki səslərə əsasən səslərin gələcəyini proqnozlaşdırır. Tədqiqatçılar bildiriblər ki, model kifayət qədər dəqiq işləsə, delfinlərlə tam sərbəst dialoq qurmaq mümkün olacaq.
Yeni "DolphinGemma" süni intellekt standartlarına görə kifayət qədər yığcamdır - cəmi 400 milyon parametr. Bu da onu hətta smartfonlarda işləmək üçün belə əlverişli edir. Alimlərin fikrincə, bu detal xüsusilə vacibdir, çünki tədqiqatçılar adətən "Pixel" telefonlarını çöldə, qayıqlarda, suyun altında istifadə edirlər.
Corciya Texnologiya İnstitutunda hazırlanmış "CHAT" artıq bir neçə ildir ki, "Pixel 6"-da istifadə olunur və indi "Pixel 9"-a doğru yol alacaq, üstəlik, ona daha mürəkkəb alqoritmləri işə salmağa, həm də məlumatları daha sürətli emal etməyə imkan verəcək.
"DolphinGemma" modeli hələlik delfinlərlə rabitə sisteminə inteqrasiya olunmasa da, o, əldə edilmiş nümunələri təhlil etmək və tanımaq üçün güclü bir vasitəyə çevrilə bilər. Bu sistem tək insanın dinləmək deyil, eyni zamanda delfinlərə əsas səviyyədə cavab verə biləcəyi gözlənilən anı yaxınlaşdırır.
"Google" bu modeli 2025-ci ilin yayında tədqiqatçılara təqdim edəcək.
Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri