Icma.az
close
up
RU
İnsanlar maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlərsə, qoyun, quzu, mal qara, quş saxlamalıdırlar Komitə sədri

İnsanlar maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlərsə, qoyun, quzu, mal qara, quş saxlamalıdırlar Komitə sədri

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib. 

2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb.

Bəs bu azalmaya səbəb nədir? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, iri və xırdabuynuzlu mal-qaranın sayının keçən illə müqayisədə azalması heç də təəccüb doğurmamalıdır:

"Çünki biz yeni texnologiyalar əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasında maraqlıyıq. Daha ətli-südlük heyvanların yetişdirilməsi zəruridir. Ona görə də məhsuldar olmayan heyvanların azalması təbii qarşılanmalıdır. Ancaq bu azalmanın əsas səbəbini mən vətəndaşların fərdi təsərrüfatlarda mal-qara saxlamağa marağının azalması ilə əlaqələndirə bilərəm. Çünki əgər kəndlərimizdə əvvəllər hər bir fərdi təsərrüfatda, həyətdə insanlar inək, camış, qoyun, keçi saxlayırdılarsa, təəssüflər olsun ki, indi bunu biz görmürük. Nədənsə maraq azalıb, insanlar əziyyət çəkmək istəmirlər".

O vurğuladı ki, mal-qara saxlamağın əziyyətləri var:

"Yemlənməsi, suvarılması, onların bəslənməsi qayğı, diqqət tələb edir. Bir çox hallarda kənd sakinləri buna getmək istəmirlər. Ona görə də fərdi təsərrüfatlarda mal-qaranın sayı azalıb və bu da ümumi nəticələrə öz təsirini göstərir. Ancaq bunun əvəzində yenə qeyd edirəm, ətlik və südlük heyvanların saxlanılması bir zərurətə çevrilib və bu da düzgün yoldur. Çünki bir var bir inək dörd litr süd versin, bir də var ki, 40 litr süd versin. Eləcə də bu, xırdabuynuzlu mal-qaraya aiddir. Ancaq insanlar özlərinin maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlərsə, - xüsusilə bu kənd yerlərində saxlayan vətəndaşlara aiddir, - onlar mütləq özlərinin şəxsi təsərrüfatlarını inkişaf etdirməlidirlər. Həyətlərində qoyun, quzu, mal-qara, quş saxlamalıdırlar və bundan faydalanmalıdırlar. Bəzən bunu örüş sahələrinin olmaması ilə əlaqələndirirlər".

Komitə sədrinin fikrincə, örüş sahələrinə buraxılan heyvanlardan yüksək nəticə gözləmək doğru deyil:

"Mütləq heyvanlar insanların qayğısı ilə, diqqəti ilə bəslənilməlidir. Onlar vaxtında yemlənməlidir, suvarılmalıdır, onların xəstəliyi müəyyən edilməlidir. Örüş sahələri isə buna heç cür imkan vermir. Ona görə də bu bəhanələrin gətirilməsi, elə bilirəm ki, yersizdir. Əksər xarici ölkələrdə heyvanlar qapalı şəraitində bəslənilir və çox əlverişli otlaq sahələrində yetişdirilir. Örüş sahələri, ata-baba sözü ilə desək, heyvanlardan can qurtarmaq, qulaq dincliyi üçündür. Ona görə də mütləq mal-qara lazım olan yerlərdə bəslənilməli və onlardan istənilən məhsul əldə edilməlidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri