Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? Psixoloqların cavabı

İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? Psixoloqların cavabı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Second hand” (ikinci əl) mağazalarının yalnız qənaət etməyə çalışan insanlar üçün olduğu fikri geniş yayılsa da, bu gün maddi imkanı yüksək olan şəxslər də şüurlu şəkildə ikinci əl mağazalarına, vintaj butiklərinə, komisyon mağazalarına və təkrar satış platformalarına üstünlük verirlər.

Qaynarinfo xəbər verir ki, "Economic Times” nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, bu seçimin səbəbi yalnız pula qənaət etmək deyil. İnsanları daha çox ətraf mühitə qayğı, fərdiliyini ifadə etmək, yaradıcılıq hissi və unikal əşyalara sahib olmaq istəyi motivasiya edir.

Ətraf mühitə qayğı

2021-ci ildə aparılmış araşdırmaya görə, ekoloji problemlərə həssas yanaşan insanlar istifadə olunmuş əşyaların alınmasına daha müsbət münasibət göstərirlər.

Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, ekoloji şüur ikinci əl məhsulların alınmasını təşviq edən amil kimi günahkarlıq hissi və ya sosial təzyiqdən daha güclü rol oynayır.

Fərdiliyi ifadə etmək istəyi

2022-ci ildə aparılan başqa bir araşdırma göstərib ki, ikinci əl məhsul alan insanlar seçim edərkən qənaətcillik, ekoloji məsuliyyət, nostalji hissi, fərdi üslub və modaya maraq kimi müxtəlif motivləri nəzərə alırlar.

Araşdırma həmçinin göstərib ki, müxtəlif mağaza növləri fərqli alıcı qruplarını cəlb edir. Nostaljini sevənlər daha çox ənənəvi komisyon mağazalarına üz tutur, ekoloji düşüncəyə malik alıcılar ikinci əl bazarlarını və təkrar satış platformalarını seçirlər. Dəbə xüsusi diqqət yetirən insanlar isə demək olar ki, bütün növ ikinci əl mağazalarından alış-veriş edirlər.

Moda da əsas motivlərdən biridir

İkinci əl mağazaları ilə bağlı ən geniş yayılmış stereotiplərdən biri də dəbə maraq göstərən insanların yalnız yeni geyimlər almasıdır. Lakin araşdırmalar bunun əksini göstərir.

2016-cı ildə aparılmış tədqiqata əsasən, moda ikinci əl geyim alış-verişinin əsas motivlərindən birinə çevrilib.

Tədqiqatçılar dörd müxtəlif alıcı tipini müəyyən edərək onların təxminən 83 faizinin seçimində modanın müəyyən dərəcədə rol oynadığını aşkar ediblər.

Bir çox alıcı sadəcə ucuz məhsul axtarmır. Onlar vintaj geyimlər, məhdud sayda istehsal olunan kolleksiyalar, nadir brendlər və ya onları kütləvi modadan fərqləndirəcək unikal geyimlər əldə etməyə çalışırlar.

"Xəzinə ovu” hissi

Adi mağazalardan fərqli olaraq, ikinci əl mağazalarında məhsul çeşidi daim yenilənir. Buna görə də hər ziyarət zamanı gözlənilməz və dəyərli bir əşya tapmaq ehtimalı yaranır.

Tədqiqatçılar bunu "xəzinə ovu” adlandırırlar. Alıcılar növbəti dəfə dizayner gödəkçəsi, vintaj çanta və ya dəyərinin çox kiçik hissəsinə satılan nadir bir əşya ilə qarşılaşacaqlarını əvvəlcədən bilmirlər.

Məhz bu gözlənilməzlik alış-veriş prosesini daha maraqlı və həyəcanlı edir. Bir çox insan üçün əsas zövq alışın özündən deyil, başqalarında olmayan xüsusi bir əşyanı tapmaq hissindən qaynaqlanır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyul 2026 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri