İnsanlar niyə özünü qıdıqlayanda gülmürlər?
Icma.az bildirir, Olke.az portalına istinadən.
"İnsanlar özlərini qıdıqlayanda beynin reaksiyası daha zəif olur".
Ölkə.az xəbər verir ki, bu barədə Stenford Universitetinin neyrobioloqu Devid İqlman "Live Science"a danışıb.
Onun sözlərinə görə, bütün insanlar özlərini qıdıqlamağa çalışarkən, demək olar ki, gülmür. Bunun səbəbi beynin insanın öz toxunuşlarına daha zəif reaksiya verməsi və belə toxunuşların nəticəsini əvvəlcədən təxmin etməsidir.
Bununla yanaşı, siqnal nüsxələri eyni anda həm sensor məlumatları emal edən somatosensor korteksə, həm də vizual siqnalları qəbul edən görmə korteksinə göndərilir. Bu isə bədənin toxunuşa əvvəlcədən hazırlaşmasına imkan verir.
Qeyd olunur ki, insanlar öz toxunuşlarını kənar toxunuşlara nisbətən daha zəif hiss edirlər. Bu effekt psixoloji xüsusiyyətlərlə bağlı deyil. Beynin neyrovizualizasiyası göstərir ki, insanın özü tərəfindən yaradılan hisslərə beyin daha zəif reaksiya verir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















