Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda həyətyanı torpaq sahələrinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi daşınmaz əmlak bazarında ciddi canlanmaya səbəb ola bilər. Yeni dəyişikliklər uzun illərdir torpaqdan istifadə etsələr də, mülkiyyət hüququnu tam rəsmiləşdirə bilməyən vətəndaşların probleminin həllinə, eləcə də torpaq sahələrinin bazar dəyərinin artmasına şərait yaradacaq".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, ölkədə qeydiyyatını gözləyən 600 mindən çox daşınmaz əmlak var:
"Bu baxımdan torpaq sahələrinin sənədləşdirilməsinin mərhələli şəkildə asanlaşdırılması mühüm addımdır. İndiyədək eyni hüquqi əsaslarla torpaq əldə edən bəzi vətəndaşlar fərqli vəziyyətlə üzləşiblər. Belə ki, bir qrup şəxsə mülkiyyət hüququnu təsdiqləyən sənədlər verildiyi halda, digərlərinə yalnız torpağın planı və ölçüsü təqdim olunub. Sonuncu sənəd isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış əldə edilməsi üçün hər zaman kifayət etməyib.
Yeni dəyişikliklər bu fərqin aradan qaldırılmasına imkan verəcək. Beləliklə, müvafiq sənədləri olan vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı qazanacaqlar.
Prosesin əhəmiyyəti təkcə sənədləşmə ilə məhdudlaşmır. Çıxarışlı torpaq sahələrinin sayının artması alqı-satqı imkanlarını genişləndirəcək, bazarda təklifi və investisiya cəlbediciliyini yüksəldəcək".
AQC sədri əlavə edib ki, mülkiyyət hüququ rəsmiləşdirilən torpaq sahələrinin bazar dəyərində təxminən 30-40 faiz artım mümkündür:
"Çünki çıxarışın olması torpağın hüquqi statusunu dəqiqləşdirir, onun satışını və digər əmlak əməliyyatlarında istifadəsini asanlaşdırır.
Bundan başqa, dəyişikliklər dövlət reyestrində məlumatların dəqiqləşməsinə, torpaq uçotunun və kadastr sisteminin təkmilləşdirilməsinə də töhfə verəcək. Nəticədə həm torpaq, həm də fərdi yaşayış evləri bazarında aktivliyin artacağı gözlənilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















