Icma.az
close
up
RU
İnsanlara azadlıq bəxş edən ənənə Şərh

İnsanlara azadlıq bəxş edən ənənə Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən hər il mütəmadi olaraq imzalanan Əfv fərmanları yüzlərlə insanın məhbus həyatına son qoyur, onların cəmiyyətə reinteqrasiyasına, həyatlarında yeni və təmiz səhifə açmalarına real imkan yaradır: “Bununla yanaşı, Azərbaycanda vaxtaşırı qəbul edilən Amnistiya aktları humanizm və mərhəmət siyasətinin daha geniş miqyasda təzahürüdür. Qeyd etmək lazımdır ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva amnistiya təşəbbüsləri ilə çıxış edərək bu ənənənin davamlılığını təmin ediblər.

Növbəti belə mühüm təşəbbüs Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı irəli sürülüb. Bu təşəbbüs dərin siyasi, hüquqi və mənəvi məzmun daşıyır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı nəticəsində Vətən müharibəsində tarixi Zəfər qazanılmış, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir. Konstitusiyanın ali hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində təmin olunması xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir.

Məhz bu tarixi reallıqları, humanizm və mərhəmət ənənələrinə sadiqliyi, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini əsas götürərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Dövlət başçısı cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və ölkəmizin inkişafına töhfə verəcəklərinə inamını ifadə edir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər kateqoriyadan olan şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur.

Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının tam və ya qismən azaldılması da layihədə əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən bu Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiyalardan biri olacağı ehtimal edilir. İlkin proqnozlara görə, sənəd ümumilikdə 20 mindən çox şəxsi əhatə edə bilər.

Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasətin məntiqi nəticəsi və təntənəsidir. Demokratik dəyərlərin əsas meyarlarından biri olan insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin formalaşmasına və möhkəmlənməsinə daim həssaslıqla yanaşır”.

Deputat əalvə edib ki, dövlət yüzlərlə, minlərlə insana yenidən cəmiyyətə qayıtmaq, həyatını düzgün məcraya yönəltmək imkanı yaradır: “Bu isə ölkəmizin humanizm prinsipləri əsasında inkişaf yolunu seçdiyini, dövlətə və ədalətə inamın daha da gücləndiyini açıq şəkildə nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu siyasətin ardıcıllığını və strateji mahiyyətini bir daha təsdiqləyir. Mərhəmət və insanpərvərlik dövlət başçısının ali amalı, siyasi fəaliyyətinin mənəvi əsasını təşkil edir.

Bu reallıq bir daha sübut edir ki, Prezident İlham Əliyev humanizm prinsiplərini rəhbər tutaraq Azərbaycanı davamlı inkişaf və güclənmə yolunda inamla irəli aparır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri