İnsanlarda deputatların belə eybəcər və qeyri etik açıqlama verə biləcəyinə inam formalaşıb
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Son günlər sosial şəbəkələrdə Milli Məclisin deputatlarının adından yayılmış saxta məlumatlar geniş müzakirələrə səbəb olub. Əsas problem bu dezinformasiyaların emal olunaraq paylaşılması deyil. Daha ciddi məsələ odur ki, cəmiyyət bu dezinformasiyalara, saxta məlumatlara asanlıqla inanır. İnsanlarda deputatların belə eybəcər və qeyri-etik açıqlama verə biləcəyinə inam formalaşıb. Azərbaycanın 34 illik müstəqillik tarixi ərzində heç vaxt bu qədər zəif və səriştəsiz parlament olmayıb".
Demokrat.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Samir Feyruzov deyib.
O qeyd edib ki, deputatlatın əksəriyyəti ictimai etimadı itibilər: "Bu gün Milli Məclis nə cəmiyyətin gözləntilərini ifadə edir, nə də ölkənin siyasi gündəminə real təsir göstərir. Deputatlar ayrı-ayrılıqda dövlət üçün ağır bir yükə çevrilib. Deputatların əksəriyyəti ictimai etimadı itirib və parlamentin nüfuzu tarixdə görünməmiş dərəcədə aşağı səviyyəyə enib. Müşahidələr göstərir ki, Milli Məclisin fəaliyyəti Prezidentin fəaliyyətinə adekvat deyil.
Əksinə, parlament üzvləri ayrı-ayrılıqda bilərəkdən, yaxud bilməyərəkdən Prezidentin addımlarını tormozlamaqla məşğuldur. Bu adamlar xalqa, dövlətə vəkillik etməlidir, amma bu gün dövlət bu adamları qorumaq məcburiyyətində qalıb.

Jurnalist qeyd edib ki, köhnə Parlamentlə vidalaşmağın vaxtıdır:
"Hakimiyyətdəki köhnə komanda üzvləri II Qarabağ müharibəsindən öncə mərhələli şəkildə vəzifədən uzaqlaşdırıldı. Dövlət haqlı olaraq köhnə komanda ilə müharibəyə getmək istəmədi. Amma yeni kadrlar da gözlənilən nərticəni vermədilər, onları köhnələrdən fərqləndirən yalnız Qərb təhsilli olmalarıdır. Pula, vəzifəyə, kresloya yanaşma eynidir, hətta yeni kadrlar ictimai hesabatlılığı olmayan və daha yırtıcıdır. Bizi hansı sürprizlərin gözlədiyini bilməsək də, köhnə parlamentlə də vidalaşmalıyıq".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İnsanlarda artan hirs və aqressiyanın səbəbi nədir? Psixoloqlardan açıqlama
06 Sentyabr 2025 12:10
İqtisadi uğurlarımız insanlarda gələcəyə böyük inam yaradıb MÜNASİBƏT BİLDİRİLDİ
01 İyul 2025 14:42
Brendin Gücü İnsanlarda, Dəyərlərdə və Strategiyada
20 Oktyabr 2025 12:21
Niyə bəzi insanlarda saç və dırnaqlar daha sürətlə uzanır? Mütəxəssisdən açıqlama
04 Yanvar 2025 02:02
Hava meteohəssas insanlarda narahatlıq yaradacaq
09 Aprel 2025 15:33
Baxış sayı:102
Bu xəbər 27 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları