Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İnsanları dağlarından uca diyar Zaqatala

İnsanları dağlarından uca diyar Zaqatala

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Təbiətin bu yerlərə səxavəti möcüzə misallıdır

Adətən bu qəbildən olan yazılara birbaşa rayonun və ya şəhərin son ildəki uğurları, göstəriciləri, yaxud da rayon rəhbərinin hansısa çıxışından, hesabatından seçdiyimiz faktlar, rəqəmlərlə başlayırıq. Ancaq bu sətirləri ifasını hələ uşaqlıq illərimdən sevdiyim böyük sənətkarımız Rübabə Muradovanın repertuarındakı “Zaqatala” mahnısının sözlərinin bir bəndi ilə başlamağı məqsədəuyğun saydım.

Üzə gülür bu yerlərin torpağı,
Sıra dağlar bir-birindən qocadır.
Göz oxşayır hər çiçəyi, yarpağı.
İnsanları dağlarından ucadır.

Nə gözəl deyilib. Rəhmətlik bəstəkar, bəzi musiqilərin sözlərinin də müəllifi olmuş Bəxtiyar Kərimovun mahnısıdır. “Görən sənə aşiq olur, Çənlibelli Zaqatala, qızılgüllü Zaqatala” (Onu da xatırladım ki, mayestro Niyazi də hələ 1934-cü ildə “Zaqatala süitası” adlı möhtəşəm bir musiqi əsəri yazmışdı). Ancaq Bəxtiyar Kərimovun mahnısında diqqətimi daha çox çəkən məqam insanların dağlardan uca olduğu barədə deyilənlər oldu. Çünki Zaqatalada, sözün həqiqi mənasında, Dədə Qorqud demiş “qarşı yatan qoca dağlar” ucalığında, hətta bəzən mənəvi cəhətdən o dağlardan da uca görünən çoxsaylı insanlar tanıyıram…

Bir həmsöhbətim söhbət zamanı dedi ki, Zaqatalanın bugünkü uğurlarının ərsəyə gəlməsində payı olan, rayonda qüdrətli Azərbaycan dövlətinin daxili siyasətini uğurla icra edən, tikinti–quruculuq, abadlıq, elm, təhsil, səhiyyə, kənd təsərrüfatı kimi mühüm sahələrdə özünəməxsus nümunələr formalaşdıran yüzlərlə soydaşımız var ki, onların hərəsinin həyatı nəinki bir məqalə, hətta bir kitab mövzusu ola bilər: “Qətiyyətlə deyə bilərəm ki, həmin adamların bu səviyyəyə çatmasında sizin hər yazıda vəsf etdiyiniz Zaqatala təbiətinin də özünəməxsus rolu olmuşdur”.

Dəniz səviyyəsindən 535 metr yüksəklikdə…

Xatırladaq ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Qanıx – Əyriçay vadisində yerləşən Zaqatala Gürcüstan və Dağıstanla həmsərhəddir. Fikrimizcə, bu faktın özünəməxsus əhəmiyyəti var. Çünki dünya gör-götür dünyasıdır. Qonşular bizə baxıb hansısa nümunəni qəbul edirlər, biz isə qonşuların özümüzdə olmayan təcrübəsindən bəhrələnirik. Qərəz. Rayon mərkəzi dəniz səviyyəsindən 535 metr hündürlükdə, paytaxt Bakıdan isə 445 kilometr aralıda, Tala çayının sahilində, Qədim İpək yolunun üstündə, vaxtilə Şərqin ən böyük ticarət mərkəzlərindən olan “Əskibazar”ın yaxınlığında yerləşir. Yəni bu rayon haqqında hansı mövzuda söz açmaq isəsən, mütləq tarix və ya coğörafiya ilə üzləşirsən.

Bizim heç köhnə ilimiz olubmu?

Yeni ildə ilk həmsöhbətim olan köhnə dostum Nəzir Muradovdan soruşdum ki, Zaqatalanın köhnə ildəki uğurları barədə nələri qeyd etmək olar? Mənə bir mahnının sözlərini xatırlatdı: “Bizim olubmu heç köhnə ilimiz?”. Sonra əlavə etdi ki, ötən il rayonda müxtəlif sosial-mədəni tədbirlər, xüsusən 28 May – Müstəqillik Gününün, Zəfər Gününün, “Konstitusiya və Suverenlik İli”nin qeyd edilməsi, eləcə də Heydər Əliyev Mərkəzinin təşkil etdiyi xatirə tədbirləri ilə yadda qalıb.

Ən başlıcası, ulu öndər Heydər Əliyevin tövsiyə etdiyi etnik müxtəlifliyin qorunması məsələsi daim diqqət mərkəzində saxlanılıb. Çünki bizdə azərbaycanlılarla yanaşı, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar və digər xalqların təmsilçiləri var və onların hamısının özünəməxsus mədəniyyəti, adət və ənənələri uğurla yaşadılır. Bundan başqa zaqatalalılar əsasən kənd təsərrüfatı, tütünçülük, fındıq və sitrus meyvələri yetişdirilməsi, eləcə də gülçülüklə məşğul olurlar. Qətiyyətlə deyə bilərik ki, həmin sahələrin hamısındakı uğurlar ildən-ilə artır.

Rayon rəhbəri söylədi ki…

Mübariz Əhmədzadənin fikrincə, təkcə Zaqatalada deyil, ümumiyyətlə, istənilən rayonda və ya şəhərdə görülmüş işlərin, qazanılmış uğurların birbaşa rayon rəhbərinin adı ilə bağlanması doğru deyil: “Çünki inkişafın istiqamətlərini cənab Prezident müəyyən edir, tövsiyə və tapşırıqları məhz ondan alır və icra edirik. Qarşıya qoyulan vəzifələri isə mütəxəssislər, sadə insanlar, rayon sakinləri yerinə yetirirlər. Biz sadəcə dövlət başçımızın tövsiyə və tapşırıqlarının məhz qalib Azərbaycanın, Müzəffər Ali Baş Komandanımızın adına layiq icra olunmasına nəzarət edir, bu prosesdə atılması lazım olan bütün addımları atırıq.

O ki qaldı, ötənilki fəaliyyətimizə, deyə bilərəm ki, rayon rəhbərliyi dövlət başçımızın elan etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirilməsini təmin edib, həmin tədbirlərdə rayon əhalisinin, demək olar ki, əksər zümrələri təmsil olunub. Eləcə də Heydər Əliyev Konstitusiyasının otuz illiyi, tarixi Zəfərimizin beş illiyi kimi əlamətdar günlər ərəfəsində rayonumuzun əksər idarə və müəssisələrində müvafiq tədbirlər keçirilib. Elə Azərbaycan mətbuatının 150 illik yubileyi də rayon rəhbərliyinin diqqət mərkəzində olub.

Ancaq bizim üçün daha sevincli fakt cənab Prezidentin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri ilə birlikdə imzaladığı tarixi sənədlər olub. Rayon ziyalıları, elm, təhsil müəssisələrinin təmsilçiləri və ümumiyyətlə, bütün zaqatalalılar Zəngəzur dəhlizinin taleyinin birmənalı şəkildə həll edilməsini, Azərbaycanı işğalla razılaşmağa çağıran Minsk qrupunun və eləcə də “907-ci düzəliş” adlı mənfur, bədnam sənədin ləğvi istiqamətində atılan addımları böyük şadyanalıqla qarşılayıb, bu istiqamətdə ümumrayon tədbirləri keçirilib.

O ki qaldı, rayonun sosial-iqtisadi inkişaf göstəricilərinə, çəkinmədən deyə bilərik ki, bu istiqamətlərdə də yetərincə uğurlarımız olub. Taxılçılıq, tütünçülük, meyvəçilik, gülçülük, baramaçılıq, heyvandarlıq sahələrindəki göstəricilərimizin 2024-cü ildəkinə nisbətən daha yaxşı olduğunu deyə bilərəm. Elə, xidmət sahələrində də müvafiq qurumlarımızın fəaliyyəti cənab Prezidentin tələb etdiyi səviyyədə olub. Şəhid ailələri, qazilər, müharibə veteranları və qayğıya ehtiyacı olan zümrələr daim rayon rəhbərliyinin qayğısı ilə əhatə olunub”.

Məşğulluq günün əsas mövzularındandır

Yaxşı yadımdadır, ötən il əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatalada sakinlərin suallarını cavablandırandan sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə birlikdə özünüməşğulluq proqramı çərçivəsində şəhər sakinləri Samir Abdullayev və Maisə Qafarova üçün qurulan kiçik təsərrüfatlara baxış keçirirdilər. Həmin gün bildirildi ki, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə Samir Abdullayev üçün telefon təmiri, Maisə Qafarova üçün isə kişi bərbərxanası istiqaməti üzrə kiçik təsərrüfatlar qurulub. Onlar kiçik biznesə çıxış imkanlarına malik olmaq üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişdilər.

Ancaq biz jurnalistlər üçün daha maraqlı olan məqam bu istiqamətdə verilən tapşırıqların icrası müddətində Zaqatalada 1923 şəxs üçün kiçik təsərrüfatlar qurulduğunun deyilməsi idi.

“Zaqatala: İdman uğurları – 2025”

Rayondakı Heydər Əliyev Mərkəzində Zaqatalanın idman uğurlarına həsr olunmuş “Zaqatala: İdman uğurları – 2025” adlı tədbirdə olduqca maraqlı faktlar səsləndirildi. Qeyd edildi ki, yola salmaqda olduğumuz ildə (tədbir dekabrın sonlarında keçirilirdi) zaqatalalı idmançılar cüdo, sərbəst güləş, qol güləşi, futbol, şahmat, bədii gimnastika, basketbol, boks, voleybol və s. idman növləri üzrə rayondaxili yarışlarda 85 qızıl, 97 gümüş, 115 bürünc medal, respublika səviyyəli yarışlarda 32 qızıl, 20 gümüş, 94 bürünc medal, beynəlxalq yarışda isə 3 qızıl, 1 gümüş medal qazanıblar.

“Zəfər kompleksi”ndə Şanlı zəfərin 5 illiyi

Keçən il yaddaşlarda qalan əsas faktlardan biri də Vətən müharibəsində şanlı qələbəmizin 5-ci ildönümünün bayram əhvali–ruhiyyəsi ilə qeyd edilməsi oldu. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, sonra isə “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzdülər.

Heydər Əliyev Mərkəzində keçirilən “Qarabağ, sən azadsan” adlı tədbirin iştirakçılar isə əvvəlcə yeniyetmə və gənc rəssamların düşmən üzərində parlaq qələbəmizin 5-ci ildönümünə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxdılar. Çıxışlardan sonra “Zəfər yolu” filmi nümayiş olundu. Ardınca isə tədbir iştirakçıları “Zəfər yürüşü”nə qatıldılar. Heydər Əliyev Mərkəzinin qarşısından başlayan yürüş “Şəhidlər xiyabanı” kompleksinədək davam etdi.

“Müstəqil Azərbaycan – suveren dövlət”

Mübariz müəllimin dediyi kimi, Zaqatalada bütün əlamətdar günlər ümumrayon səviyyəsində qeyd olunur. Elə götürək sonuncu konfransı. Məsələn, oktyabrın 17-də Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil Azərbaycan – suveren dövlət” mövzusunda keçirilən elmi-praktik konfransda qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə daha da möhkəmlənir. Fəxrlə vurğulanıb ki, Müstəqilliyin Bərpası Gününü xalqımız ərazi bütövlüyümüzə qovuşmuş qalib xalq kimi bayram edir və bu tarixi ədalət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, əsgərlərin yüksək peşəkarlığı, fədakarlığı sayəsində əldə edilib.

517 məzunun 407-si tələbə adı qazanıb

Sentyabrda – yeni dərs ilinin başlanmasından sonra keçirilən ümumrayon tədbirində qeyd edilib ki, bu, həqiqətən, böyük uğurdur. rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə vurğulayıb ki, ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də çox uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 517 nəfər zaqatalalı məzundan 407-si tələbə adını qazanıb.

Qeyd olunub ki, imtahanlarda iştirak edənlərin 79 faizinin ali məktəblərə qəbul olunmasına əvvəlki illərdə təsadüf edilməyib. 2025-ci ilin məzunlarından 68 nəfəri 500, 22 nəfər isə 600-dən çox bal toplayıb.

“Raduqa”, “Krım”, “Mürəbbə qızılgülü” və …

Ölkəmizin turizm təşkilatlarından biri öz müştərilərinin diqqətini cəlb etmək üçün yazır: “Zaqatalaya qızılgül kolları ötən əsrin 60-cı illərində Bolqarıstandan gətirilib. Həmin dövrdən başlayaraq rayonda qızılgülün “Raduqa”, “Krım”, “Mürəbbə qızılgülü” və sair növləri yetişdirilməkdədir. 2016-cı ildən etibarən isə bu güllərin sırasına “Dəməşq qızıl gülü” də əlavə edilib. Yerli sakinlər küçələri, həyətləri bəzəyən bu güllərin gözəlliyindən və ətrindən zövq almaqla kifayətlənməmiş, onlardan qızılgül mürəbbəsi, gül suyu, gülab, şərbətlər hazırlanmasında məharət qazanmışlar.

Ermənilərin öldürdüyü zaqatalalı aşıq

Bir dəfə dostum, Azərbaycan Yazıçılar Birliyinin Şimal – Qərb bölgəsi üzrə sədri Əlmaniz Ələkbərlidən soruşdum ki, elə bir mövzu varmı ki, Zaqataladan yazan jurnalistlər ona toxunmamış olsunlar. Dedi, öyrənib deyərəm. Ertəsi günü mənə zəng edib dedi ki, zaqatalalı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala aşıq mühiti” adlı məqaləsini oxuyun. Tapıb oxudum.

Sən demə… burada tarixən yaşayıb-yaradan aşıqlarımızdan biri də varxiyanlı Aşıq Məhəmməddir. Alim yazır: “Onun həyat və yaradıcılığı haqqında ayrı-ayrı ustad aşıqlardan, eləcə də sənətkarın nəticəsi Aşıq Səadəddindən əldə etdiyimiz məlumatlara əsasən o, həqiqətən haqq aşığı olub. Folklorşünas alim Salman Mümtaza görə, “Məhəmməd XVIII əsrin II yarısında Zaqatala rayonunun Varxiyan kəndində anadan olub, 65 yaşında dünyadan köçüb. O, ustad aşıq olub, xalq şeirinin bir çox şəkillərində gözəl nümunələr də yaradıb.

Elləri, obaları gəzən, bir üzü Xoy, bir üzü Dərbənd və Türk dünyasının çox yerlərində olan ustadın bədahətən şeir demək bacarığı, özünə xas ifaçılıq qabiliyyəti sənətkara daha da böyük uğur gətirib.

Alim yazır ki, Aşıq Məhəmmədin dövründə ermənilər öz məclislərinə Azərbaycan aşıqlarını çağırardılar: “Aşıq Məhəmmədin öncəgörənliyi ilə bağlı bir rəvayət də nəql olunur. Ermənilər həmişə Aşıq Məhəmmədin yüksək fitri istedadının, bədahətən söz deməsinin paxıllığını çəkiblər.

Bəhmətli Aşıq Mədətin dediyinə görə, Aşıq Məhəmməd erməni aşığı olan Aşıq Donu ilə məclislərin birində deyişir. Onu heç cürə bağlaya bilməyən erməni aşıqları sonda yeməyinə zəhər qataraq öldürürlər. Maraqlı haldır ki, yeməkdən öncə ustad şagirdliyə götürdüyü əmisi oğlanlarına tapşırır ki, onun yediyindən yeməsinlər.

Quruculuq və abadlıq işləri

Hörmətli oxucu, sonda Zaqataladan yazdığımız bu qeydlərə burada görülən tikinti və abadlıq işlərini əlavə etməsək insafsızlıq olar. Heç kəsin xətrinə dəyməsin, gəlsin özü baxsın, görsün ki, burada nə qədər tikinti, abadlıq işləri gedib. Sizi yorsaq da yazmağa borcluyam. Təkcə keçən il rayonda sahibkarlar tərəfindən 1.21 milyon manat dəyərində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksəkmərtəbəli yaşayış binalarının tikintisi aparılıb.

Şəhərin Vaqif İsmayılov küçəsi 7 saylı, Faiq Əmirov küçəsi 286 saylı binaların həyətlərində sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ümumilikdə 12 ədəd söhbətgah quraşdırılıb, 1100 metr uzunluğunda səki daşı düzülüb, səkilərə 320 kvadratmetr tamet örtüyü döşənib, yaşıllıq sahələrində 2000 kvadratmetr torpaq planlaşma işləri aparılıb. 190 kvadratmetr suvaq bərpa edilib, 1040 kvadratmetr rəngləmə işi görülüb. Bundan əlavə, Kebeloba kənd tam orta məktəb yoluna yağış sularının kənarlaşdırılması məqsədilə 300 metr uzunluğunda 400 diametrlik borularla su arxı çəkilib.

Zaqatala şəhəri ərazisində 2025-ci ildə Azərbaycan prospekti 39 və 104 saylı, Heydər Əliyev prospekti 37 saylı, Zərifə Əliyeva küçəsi, 1 saylı, Faiq Əmirov küçəsi 39, 42 və 43 saylı, Sabir küçəsi 45 saylı, Vasif Qurbanov küçəsi, döngə 2, 1 saylı, Hacı Zeynalabdin Tağıyev küçəsi 1 və 6 saylı, Cəfər Cabbarlı küçəsi 3 saylı, M.Nəzirova küçəsi 3 və 9 saylı, H.Z.Tağıyev küçəsi 1 və 6 saylı, Qarabağ küçəsi 2 saylı ünvanlarda yerləşən yaşayış binalarının dam örtüklərində təmir və bərkitmə işləri aparılıb. Nizami küçəsi 52 saylı binanın dam örtüyünün yararsız vəziyyətdə olan yağış suyu novları və boruları bərpa edilib.

2025-ci ildə mənzil fondunun təmiri üçün ayrılmış vəsait hasabına 9 binada təmir-bərpa işləri aparılıb.

Rayonda magistral və kəndlərarası avtomobil yollarında, körpülərdə, şəhərin küçələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1.23 milyon manatlıq saxlanma və cari təmir işləri görülüb.

Hələ bu harasıdır. Şəhər ərazisində 2025-ci ildə ümumilikdə 24 min kvadratmetrdən çox asfalt örtüyü döşəniləcək küçələr müəyyənləşdiriləcək. İşlərin görülməsi məqsədilə müsabiqələr keçirilib. Hazırda şəhərin N.Nərimanov küçəsində yararsız vəziyyətdə olan yağış sularının axıdılması üçün su arxının və səkilərin əsaslı təmir, H.Əliyev prospekti və H.Əfəndiyev küçəsində isə asfalt örtüyünün tökülməsi üçün hazırlıq işləri aparılır.

Dağda “lövbər salmış” bulud

Zaqatalaya sonuncu səfərimiz zamanı hava tam açıq, yağmursuz idi. Ancaq dağ zirvələri başdan-başa iki-üç gün əvvəl yağmış qarla örtülmüşdü. Bir az aşağıda isə nəhəng bir ağ bulud, sanki, qayalara ilişib qalmış kimi görünürdü. Mənim yaddaşımda isə belə bir tabloya həsr olunan şeirin aşağıdakı bəndi ilişib qalıb:

Dağlar duvaq taxmaz – köhnə məsəldir,
Amma zirvədə qar duvaq kimidir.
Küləyin böldüyü nəhəng ağ bulud
Sanki, lövbər atmış yorğun gəmidir.

Zaqatalanın təbiəti 2026-cı ilin uğur yolunun başlanğıcında beləcə dincini alsa da, onun insanları yeni nailiyyətlərin ilk səhifələrini yazırlar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri