Icma.az
close
up
RU
İnsanlıq və Sülh Mükafatı İlham Əliyevin sülh gündəliyinin dünyada təqdiri

İnsanlıq və Sülh Mükafatı İlham Əliyevin sülh gündəliyinin dünyada təqdiri

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan regional oyunçu statusunu çoxdan aşaraq qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkə başçısı postmünaqişə dövründə yalnız hərbi-siyasi qələbənin nəticələrini möhkəmləndirməklə kifayətlənməyib, eyni zamanda, sülh, normallaşma və regional əməkdaşlıq gündəliyini strateji prioritetə çevirib.

Postsovet məkanında ərazi bütövlüyü və suverenliyini təmin edən ilk dövlət kimi tarixə düşən Azərbaycan bu gün öz ərazilərinin bərpasını, "Böyük Qayıdış" proqramını həyata keçirir. Ölkə lideri bölgədə sülh gündəliyinin müəllifi, həmçinin regional əməkdaşlıq layihələrinin təşəbbüskarı və moderatoru kimi nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın sülh və sabitlik bölgəsinə çevrilməsində müstəsna rol oynamaqdadır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dünyaca məşhur Şeyx Zayed Fondu da məhz qeyd olunanları nəzərə alaraq Azərbaycan Prezidentini nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüb. Hərbi qələbəni dayanıqlı sülhə çevirən Prezident İlham Əliyevə verilən bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.

Məlumat üçün bildirək ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.

2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Beynəlxalq səviyyədə verilən yüksək qiymət

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib ki, bu il "Zayed İnsan Qardaşlığı Mükafatı" komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib: "Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur".

Yeri gəlmişkən, mükafat alanların siyahısında dünyaca məşhur şəxslər var. Bu sırada BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk və digər şəxslər var.

Onu da qeyd edək ki, Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin də bu ali mükafata layiq görülməsi Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

Bölgəyə sülhü gətirən Prezident

İlham Əliyevin bu ali mükafata layiq görülməsinin səbəbləri çoxdur və ilk yerdə, şübhəsiz ki, bölgəyə gətirdiyi sülh prosesidir. Digər səbəb Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın bu gün dünyanın siyasi, iqtisadi sistemində özünəməxsus yeri ilə seçilməsidir. İstər siyasi, istər iqtisadi, istərsə də uğurlu idarəçilik modeli fonunda Azərbaycan dünyada öz sözünü deməkdədir. Həyata keçirilən siyasətin nəticəsi olaraq ölkə sabitlik adası və inkişaf məkanı kimi tanınır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək".

Qazandığı hərbi zəfəri siyasi sülhə çevirən Lider

Doğrudur, tarixdə güclü sərkərdələr çox olub, lakin onlardan yalnız bir neçəsi qazandığı hərbi zəfəri siyasi sülhə çevirməyi bacarıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı ilə əldə etdiyi mütləq Qələbə beynəlxalq hüququn bərpası idi. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir.

Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin ən mühüm mərhələlərindən biri, şübhəsiz ki, 2025-ci ilin avqust ayında keçirilən Vaşinqton görüşüdür. Bu görüşdə məsələyə faktiki olaraq nöqtə qoyulması Azərbaycanın iradəsinin dünya gücləri tərəfindən qəbul edildiyini göstərdi. Bu, sadəcə, bir sülh sazişinin paraflanması deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi demək idi.

Bu diplomatik qələbə göstərdi ki, Azərbaycanın hərbi sahədəki qətiyyəti artıq beynəlxalq hüquqi sənədlərdə öz əksini tapan mütləq reallığa çevrilib. Vaşinqtonda əldə olunan razılaşma Cənubi Qafqazda kənar manipulyasiyaların qarşısını alaraq birbaşa dialoqun və qarşılıqlı etimadın ən yüksək zirvəsi hesab olunur. Ermənistanın bu rəsmi öhdəliyi regionun iqtisadi dirçəlişi üçün illərdir gözlənilən maneələri aradan qaldırdı və genişmiqyaslı əməkdaşlıq üçün hüquqi zəmin yaratdı. Beləliklə, dünya birliyi Azərbaycanın haqlı mövqeyini və yeni regional düzənin qurucusu olduğunu bir daha təsdiqləmiş oldu.

"Böyük Qayıdış" - Qələbənin mülki tərəqqiyə çevrilməsinin bariz nümunəsi

Bu gün "Böyük Qayıdış" yalnız əhalinin doğma torpaqlarına geri dönməsi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın yeni inkişaf modelini formalaşdırır. Logistika infrastrukturunun yaradılması, yolların çəkilməsi, enerji və kommunikasiyaların bərpası təmin olunur. Bu proseslər əsasən yerli resurslar hesabına davamlı şəkildə təşkil olunur. Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və "Böyük Qayıdış" Proqramı hərbi Qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir.

Beləliklə, Azərbaycan Prezidenti sübut etdi ki, əsl sərkərdəlik məharəti yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri