Icma.az
close
up
RU
İnşasına başlanan “Dərnəgül” deposunda jurnalistlər üçün brifinq keçirilib

İnşasına başlanan “Dərnəgül” deposunda jurnalistlər üçün brifinq keçirilib

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinə start verilir. Layihə çərçivəsində ən vacib işlərdən olan “Dərnəgül” elektrik deposunun inşasına başlanması ilə əlaqədar aprelin 7-də media nümayəndələri üçün brifinq keçirilib.

Metbuat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov dövlət başçısının imzaladığı Proqrama əsasən, 2030-cu ilə qədər 10 yeni stansiya və 2 elektrik deposunun tikintisinin tamamlanacağını diqqətə çatdırıb. E.Əhmədov təhlükəsiz hərəkətin təşkili, intervalların azaldılması, sərnişin sıxlığının tənzimlənməsi və daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi baxımından xətlərin ayrılmasının əhəmiyyətindən və bu istiqamətdə görüləcək işlərdən danışıb. O, qeyd edib ki, "Dərnəgül" elektrik deposunda işlərin sadalanan layihələrdən əvvəl başlanması məhz hərəkətin təşkili zamanı təhlükəsizliyi, qatarlara vaxtında qulluq edilməsi, təmir işlərinin normativlərə uyğun aparılması baxımından xüsusilə vacibdir.

“Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev media nümayəndələrinə depo ərazisində tikiləcək obyektlər, yaradılacaq iş şəraiti ilə bağlı məlumat verib. O, ümumilikdə 40-dan artıq obyektin inşa ediləcəyini, 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanalarının isə tikinti-quraşdırma işlərinin artıq başa çatdırıldığını vurğulayıb. M.Rzayev qatarların hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, vaqonyuma və üfürmə sahələri, təkəryonma, təkər cütlərinin diaqnostikası və dönmə dairəsinin inşa ediləcəyini bildirib.

Qeyd edilən işlər layihə üzrə ardıcıllıqla həyata keçiriləcək. Həmçinin ərazidə sərnişinlərin istifadəsi üçün platforma da istifadəyə veriləcək. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin metropolitendən istifadə rahatlığını təmin edəcək.

“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva tikinti və abadlaşdırma işləri ilə ərazinin ekoloji vəziyyətinin müsbətə doğru dəyişəcəyindən söz açaraq, bildirib ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçirilir. O, depo ərazisində hazırda 464 ağac olduğunu qeyd edərək, bəzi ağacların köçürülməsi prosesindən danışıb. Depo ərazisində bundan savayı, 1000-ə yaxın yeni ağac əkiləcəyini, yaşıllıqların salınacağını və görüləcək ekoloji tədbirlərin ətraf mühitə müsbət təsirlərini diqqətə çatdırıb. N.Mustafayeva həm inşaat müddətində, həm də sonrakı istismar dövründə sakinlərə narahatlıq yaradabiləcək halların qarşısının alınacağını vurğulayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb və media nümayəndələrinin depo ərazisi ilə əyani tanışlığı üçün şərait yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri