Icma.az
close
up
RU
İnşasına başlanılan Dərnəgül deposuna mediatur təşkil olundu RƏSMİ FOTO

İnşasına başlanılan Dərnəgül deposuna mediatur təşkil olundu RƏSMİ FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinə start verilir.

Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində ən vacib işlərdən olan “Dərnəgül” elektrik deposunun inşasına başlanması ilə əlaqədar aprelin 7-də media nümayəndələri üçün brifinq keçirilib. 

“Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov dövlət başçısının imzaladığı Proqrama əsasən, 2030-cu ilə qədər 10 yeni stansiya və 2 elektrik deposunun tikintisinin tamamlanacağını diqqətə çatdırıb. E.Əhmədov təhlükəsiz hərəkətin təşkili, intervalların azaldılması, sərnişin sıxlığının tənzimlənməsi və daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi baxımından xətlərin ayrılmasının əhəmiyyətindən və bu istiqamətdə görüləcək işlərdən danışıb. O, qeyd edib ki, "Dərnəgül" elektrik deposunda işlərin sadalanan layihələrdən əvvəl başlanması məhz hərəkətin təşkili zamanı təhlükəsizliyi, qatarlara vaxtında qulluq edilməsi, təmir işlərinin normativlərə uyğun aparılması baxımından xüsusilə vacibdir.

“Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev media nümayəndələrinə depo ərazisində tikiləcək obyektlər, yaradılacaq iş şəraiti ilə bağlı məlumat verib. O, ümumilikdə 40-dan artıq obyektin inşa ediləcəyini, 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanalarının isə tikinti-quraşdırma işlərinin artıq başa çatdırıldığını vurğulayıb. M.Rzayev qatarların hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, vaqonyuma və üfürmə sahələri, təkəryonma, təkər cütlərinin diaqnostikası və dönmə dairəsinin inşa ediləcəyini bildirib.

Qeyd edilən işlər layihə üzrə ardıcıllıqla həyata keçiriləcək. Həmçinin ərazidə sərnişinlərin istifadəsi üçün platforma da istifadəyə veriləcək. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin metropolitendən istifadə rahatlığını təmin edəcək.

“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva tikinti və abadlaşdırma işləri ilə ərazinin ekoloji vəziyyətinin müsbətə doğru dəyişəcəyindən söz açaraq, bildirib ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçirilir. O, depo ərazisində hazırda 464 ağac olduğunu qeyd edərək, bəzi ağacların köçürülməsi prosesindən danışıb. Depo ərazisində bundan savayı, 1000-ə yaxın yeni ağac əkiləcəyini, yaşıllıqların salınacağını və görüləcək ekoloji tədbirlərin ətraf mühitə müsbət təsirlərini diqqətə çatdırıb. N.Mustafayeva həm inşaat müddətində, həm də sonrakı istismar dövründə sakinlərə narahatlıq yarada  biləcək halların qarşısının alınacağını vurğulayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb və media nümayəndələrinin depo ərazisi ilə əyani tanışlığı üçün şərait yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see251

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see125

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see122

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see121

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see120

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see119

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see117

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see117

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

06 İyul 2025 12:57see115

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see114

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see113

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see113

SEPAH iki əsgərini itirdi

06 İyul 2025 15:51see112

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see112

Sərxoş vəziyyətdə qəza etdi

06 İyul 2025 13:46see112

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see112

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see111

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri