Icma.az
close
up
RU
İnstitut direktoru ilə keçmiş müavini arasında qalmaqal: professor onu rüşvətdə ittiham edən müavininin həbsini istəyir

İnstitut direktoru ilə keçmiş müavini arasında qalmaqal: professor onu rüşvətdə ittiham edən müavininin həbsini istəyir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Mürsəl Əliyevi keçmiş müavini korrupsiyada ittiham edir. H.Adıgözəlov onun haqqında Müdafiə Sənayesi naziri Vüqar Mustafayevə, Xətai Rayon Prokurorluğuna və s. qurumlara şikayət edib.

Bizimyol.info xəbər verir ki, o, şikayətində keçmiş rəhbərini təqaüd yaşına çatmasına baxmayaraq, onu işdə saxlamaq üçün 15 min manat pul alıb, sonra isə sözünə əməl etməməkdə ittiham edib. Bundan başqa, yazıb ki, Mürsəl Əliyev institutun balansında olan nəqliyyat vasitələrinin yağ dəyişmələri və təmiri üçün 1200 manat, texniki baxış üçün 1300 manat, institutun təsərrüfat işləri və həyətinin təmiri üçün 2500 manat və s. pullar alırdı.

Bununla əlaqədar Mürsəl Əliyev də onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Professor Nizami Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərib ki, keçmiş müavininin onun haqqında nazir Vüqar Mustafayevə ünvanladığı şikayətdə yazdıqları bir-bir araşdırılıb və təsdiqini tapmayıb. Ona böhtan atıldığını, şərəf və ləyaqətinin ləkələndiyini deyən direktor keçmiş müavininin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını – 3 il azadlıqdan məhrum edilməsini xahiş edib:

“Mən texnika elmləri doktoruyam, professor elmi dərəcəm var, 110-dan artıq elmi əsərin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 3 metodiki göstərişin, 3 ixtiranın müəllifiyəm. Həmişə dövlətçiliyə xidmət etmişəm, dövlətin ictimai-siyasi fəaliyyətində həmişə aktiv şəkildə iştirak etmişəm. 2022-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı, Yeni Azərbaycan Partiyasının çoxsaylı fərmanları ilə təltif edilmişəm. Nazirlik tərəfindən şikayət ərizəsində qeyd edilən faktlar üzrə araşdırma aparılıb, onun göstərdikləri öz təsdiqini tapmayıb. Bu barədə nazirliyin aparat rəhbəri tərəfindən ona məktub da göndərilib”.

Qarşı tərəf isə iddianın icraata götürülməsinə etiraz edib. O bildirib ki, nazirlikdəki araşdırma yekunlaşsa da. Xətai Rayon Prokurorluğuna şikayəti üzrə araşdırmalar davam edir. Onun sözlərinə görə, Mürsəl Əliyev haqqında mediada, kütləvi çıxışda fikir səsləndirməyib, vətəndaş kimi, öz hüququndan istifadə edib, şikayət yazıb.

Nizami Rayon Məhkəməsi Mürsəl Əliyevin iddiasını icraata götürməkdən imtina edib. Əsas kimi isə göstərilib ki, iddia ərizəsində qanunun tələblərinə əməl olunmayıb – bir sıra məlumatlar tam göstərilməyib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri