Icma.az
close
up
RU
İntellektual potensialı və strateji əhəmiyyəti olan universiteti intriqalarla idarə etmək olarmı? Elmira Xanməmmədova

İntellektual potensialı və strateji əhəmiyyəti olan universiteti intriqalarla idarə etmək olarmı? Elmira Xanməmmədova

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əsgərovun ətrafındakı qalmaqal böyüyür. ADNSU müəllimlərinin Prezident İlham Əliyevə ünvanladıqları müraciətdən sonra mətbuata açıqlama verən 2007-2024-cü illərdə ADNSU-nun “Elektronika və avtomatika” kafedrasında müəllim vəzifəsində çalışan Elmira Xanməmmədova dosent Teyyub Əliyevin səsləndirdiyi fikirlərə də səssiz qalmayıb. 

Pravda.az-a danışan E.Xanməmmədova bir sıra faktları açıqlayıb. 

O bildirib ki, 2023-cü ildən ADNSU-ya rəhbərlik edən dosent Vazeh Əsgərovun yarıtmaz idarəetməsi sayəsində ixtisaslı müəllimlər işdən çıxarılır: “Əvəzində isə qeyri-ixtisasçıları işə qəbul edir və vəzifəyə təyin edir. Vazeh Əsgərov Universitetdə dosent Qasım Məmmədov və dosent Fərid Ağayevin dediklərini edir. Dosent Vazeh Əsgərov yüksək reytinqli, saxtakarlıq hallarına qarşı çıxan müəllimləri ADNSU-dan çıxarmaqla  nəyə nail olmağa çalışır? Böyük tarixi keçmişi, intellektual potensialı və strateji əhəmiyyəti olan bir universiteti intriqalarla idarə etmək olarmı? Universitetdə dosent Fərid Ağayevin və prorektor Qasım Məmmədovun diktəsi ilə addım ataraq bizim kimi müəllimlərin səsini eşitmək istəmədi. Dekan və prorektorun istəyi ilə işçilərin işdən çıxarılmasına göz yummaq Vazeh Əsgərovun idarəetmə bacarığının olmamasının göstəricidir. Universitetdə ixtisaslı kadrlar, yüksək elmi-pedaqoji göstəriciləri olan müəllimlər qısqanclıq, saxtakarlığa boyun əymirsə, intriqaların qurbanına çevrilirsə və bununla bağlı universitet rəhbərliyinə müraciət etdiyi halda dosent Vazeh Əsgərov şikayətlərə məhəl qoymursa, belə başa düşmək olar ki, ya o özü belə bir tapşırıq verib, ya da bu əməllərin arxasında dayanan dosent Qasım Məmmədov və dosent Fərid Ağayevdən çəkinir. Axı “Təhsil haqqında” qanunda deyildiyi kimi, universitetdə professor-müəllim heyətinin vəzifə seçkiləri onların elmi-pedaqoji fəaliyyətləri ilə bağlıdır. Bu, Vazeh Əsgərovun nə təhsildən, nə də elmdən xəbəri olmadığının göstəricisidir. Onun “Google scholar” profilinə baxmaqla bunlara şahid olmaq mümkündür”. 

Qeyd: E.Xanməmmədova 2004-cü ildə Bakı Dövlət Universitetinin “Fiziki elektronika” ixtisasını, 2006-cı ildə isə “Bərk cisim elektronikası” istiqaməti üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. O, “Akademik Həsən Abdullayev” mükafatının sahibidir. 2023-cü ildə bərk cisimlər fizikası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri