Icma.az
close
up
RU
Risksiz rəqəmsal detoks: necə təhlükəsiz istirahət etməli və şəxsi məlumatları nəzarətdə saxlamalı

Risksiz rəqəmsal detoks: necə təhlükəsiz istirahət etməli və şəxsi məlumatları nəzarətdə saxlamalı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ümumi rəqəmsallaşma fonunda tətil zamanı "internetdən ayrılmaq" ideyası getdikcə daha cəlbedici görünür. Bununla belə, cihazlardan tamamilə uzaqlaşmaq onlayn təhlükəsizlik üçün ciddi risklərlə gətirib çıxara bilər. Mütəxəssislər xatırladır: rəqəmsal detoksa səfərin özü kimi ehtiyatla hazırlaşmaq lazımdır.

Bizimyol.info xəbər verir ki, “Reviews.org”un araşdırmasına görə, 2024-cü ildə orta istifadəçi ömrünün təxminən 2,5 ayını smartfonda keçirib. Bu cür vərdiş "yenidən yükləmə" ehtiyacını xüsusilə aktual edir.

Rəqəmsal detoks:

yuxunu və konsentrasiyanı yaxşılaşdırır,narahatlıq və stressi azaldır,rəqəmsal balansı və məhsuldarlığı bərpa etməyə kömək edir.

Bununla belə, lazımi hazırlıq olmadan cihazlardan uzaqlaşmaq aşağıdakı fəsadlara səbəb ola bilər:

hesab oğurluğu,icazəsiz əməliyyatlar,şəxsi məlumatların sızması,mühüm xidmətlərə çıxışın itirilməsi,məişət hadisələri (məsələn, “ağıllı” evə nəzarət olmadıqda).

Rəqəmsal detoksdan əvvəl nə etmək lazımdır?

Hesabların və məlumatların müdafiəsini gücləndirin:Abunəliklərinizi nəzərdən keçirin və lazımsız olanları deaktiv edin.Zəif şifrələri yeniləyin, ikifaktorlu autentifikasiyanı aktivləşdirin.Bütün vacib məlumatların və parametrlərin ehtiyat nüsxəsini çıxarın.Hesablara müvəqqəti girişi etibarlı şəxsə ötürün. Qadcetlərin hazırlığı:Əməliyyat sistemlərini və təhlükəsizlik proqramlarını yeniləyin.SIM kartlarda PIN kodu təyin edin, biometrik girişi deaktiv edin.Cihaz axtarışını və məlumat şifrələməsini quraşdırın. Maliyyə və hüquqi təhlükəsizliyin təmin edilməsi:Səfəriniz barədə bankınızı xəbərdar edin, limitlər və avtomatik ödənişlər təyin edin.Bağlantılara diqqət yetirin:Peyk rabitəsi və ya təcili yardım xidmətlərindən istifadə şərtlərini öyrənin.Ehtiyat SIM kartları və ya eSIM profillərini hazırlayın. Rəqəmsal irsinizin qayğısına qalın:“Google” və “Apple” ekosistemlərində etibarlı şəxs təyin edin.Fövqəladə hallarda məlumatlara giriş funksiyalarını quraşdırın.

Mütəxəssislər xüsusilə qeyd edirlər ki, itkisiz və stress olmadan qısamüddətli "uzaqlaşma" təhlükəsizlik yoxlama siyahısının öncədən hazırlanması ilə mümkündür. Bu yanaşma rəqəmsal həyat barədə narahat olmadan əsl tətildən həzz almağa imkan verəcək.

"Bu gün biz tətilə tək getmirik, bütün rəqəmsal həyatımızı da özümüzlə aparırıq. Tətildən oğurlanmış hesablar, itirilmiş məlumatlar və gözlənilməz silinmələrin yaratdığı xaosa qayıtmamaq üçün rəqəmsal təhlükəsizlik haqqında öncədən düşünmək vacibdir. Rəqəmsal detoks psixika üçün faydalı olmaqla yanaşı, həm də məlumatlar üçün təhlükəsiz olmalıdır - o zaman tətil həqiqətən xoşagəlməz hadisələr olmadan əsl istirahətə çevriləcək”, - deyə  Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri