“İnter” “Real”ın yarımmüdafiəçisi Kamavinqa ilə maraqlanır
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“İnter” yay transfer pəncərəsində “Real Madrid” və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi düşünür.
İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
İtaliya klubu 23 yaşlı futbolçu ilə bağlı vəziyyəti izləyir. Kamavinqanın “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Mənbənin məlumatına görə, Madrid klubu fransız yarımmüdafiəçi alınacağı təqdirdə təklifləri nəzərdən keçirməyə hazırdır.
2025/2026 mövsümündə Kamavinqa bütün yarışlarda 43 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Fransız futbolçu “Renn”dən transfer olunduqdan sonra 2021-ci ildən “Real Madrid”də çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 16 İyun 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















