Icma.az
close
up
RU
“İnter” yarımfinalın ilk iştirakçısı oldu

“İnter” yarımfinalın ilk iştirakçısı oldu

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Fevralın 4-də İtaliya kubokunun 1/4 finalına start verildi. Həmin gün mərhələnin ilk oyunu keçirildi. Gözlənildiyi kimi, ilk yarımfinalçı favorit sayılan “İnter” oldu.

Maraq üçün “Torino”nın bu mövsüm “İnter”lə ilk görüşünün uğursuz alındığını xatırladaq. A seriyasının 1-ci turunun ötən il avqustun 25-də Milanda keçirilən oyunu ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnmişdi: Bastoni hesabı açmış, iki qol vuran Türam, Lautaro Martines və ikinci hissədə meydana çıxan Bonni turinlilərin darmadağınını təmin etmişdilər. Kubok oyunu meydana həm də qisas hissi ilə çıxacaq “Torino” üçün az-çox sərfəli fürsətlər yaratmışdı. Əvvəla, 1/4 final matçı XXV Qış Olimpiya Oyunlarına evsahibliyi edəcək Milanda deyil, Montsa şəhərində keçirildi. İkinci amil isə milanlıların start heyəti ilə bağlı idi. Əslində baş məşqçi Kristian Kivunun bir çox aparıcı futbolçunu ilk dəqiqələrdən oynatmayacağı gözlənilirdi. Amma bu da var ki, Kivunun həmkarı Marko Baroni də vacib oyunçulara az-çox istirahət verməyi lazım bilmişdi. Belədə nəticənin gözlənilən kimi olmaq ehtimalı artmaya bilməzdi.
Amma bu da var ki, kubok oyunu təxminən bərabər mübarizə şəraitində keçdi. “İnter” rəqibini yalnız topa sahibolmada (62 faiz) aşkar üstələyə bildi. A seriyasının lideri Bonni ilə 35-ci dəqiqədə hesabı açdı. 22 yaşlı hücumçuya ötürməni verən 21 yaşlı yarımmüdafiəçi Kamatenin əsas komandada ilk rəsmi oyununu keçirdiyini qeyd edək. Fasilədən sonra daha bir gənc – 22 yaşlı Diuf Türamın ötürməsi ilə ikinci qolu vurdu. Çox keçmədən bu mövsüm A seriyasında yalnız bir dəfə meydana çıxan xorvat hücumçu Kulenoviç fərqi azaltmaqla turinliləri ümidləndirdi. Qalan vaxtda nominal qonaqların hesabı bərabərləşdirmək üçün etdikləri cəhdlər bir nəticə vermədi və “İnter” yarımfinalın ilk iştirakçısı oldu. Kivunun komandası növbəti mərhələdə “Napoli” - “Komo” oyunun qalibi ilə qarşılaşacaq.
1/4 final
İnter – Torino 2:1

Bonni, 35. Diuf, 48 – Kulenoviç, 57.
İnter: X.Martines, Auqusto, Açerbi, De Vrey, Kokki (Bissek, 75), Diuf, Mxitaryan (Suçiç, 56), Frattezi, Kamate (Luis Enrike, 80), Bonni (F.Espozito, 56), M.Türam (L.Martines, 56).
Oyundan sonra
Kristian Kivu, “İnter”in baş məşqçisi:

“Mən jurnalist deyiləm və fentezi oyununu da oynamıram. Odu ki, oyunçularımı qiymətləndirməyəcəm. Bu oyundakı çıxışımızdan razıyam. Əlbəttə, hesab 2:1 olanda, ikinci nəfəsi alan rəqib bu impulsu yaxalamağa çalışır. Amma “Torino” bizə xüsusi problem yarada bilmədi. Kimlərlə birgə iş gördüyümüzü və hansı oyunçularla işlədiyimizi bilirik. Belə oyunlarda enerji və təravətli ayaqlar lazım olur. Buna görə hazırda daha çox enerjiyə malik olan futbolçulara üstünlük verdim. Unutmayın ki, yanvarda oyun qrafikimiz çox sıx olub və fevralda daha çətin təqvim əsasında oynayacağıq. Kokki ilə Kamateni tərifləmək istəyirəm. Eyni zamanda uzun illər bu uşaqlarla klubun akademiyasında çalışanların əməyini qeyd etməliyəm. Bu gün Kokki ilə Kamate üzərinə düşən işlərin öhdəsindən yaxşı gəldilər. Ehtiyatda Bovo, Topaloviç, Aleksiu və Berenbrux kimi istedadlı yeniyetmə və gənclərimiz də var. Stefano Vekki 23 yaşadək oyunçularla əla iş görür. Onun yetirmələri gündən-günə inkişaf edirlər. Bu oğlanlar mövsümün qalan hissəsində komandamıza faydalı ola bilərlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Fevral 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri