“İnter”də yeni futbolçu
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“İnter” heyətini yeni oyunçu ilə gücləndirib.
İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, Milan təmsilçisi “Lans”dan Endi Diufu transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Diuf ötən mövsüm Liqa 1-də 34 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

