“İnter”in kapitanı Hakan Çalhanoğlundan narazıdır
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İnter"in prezidenti Cüzeppe Marotta İtaliya klubunun kapitanı Lautaro Martinesin "bütün futbolçuların oyunundan razı qalmadığını" deyərkən, kimləri nəzərdə tutduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport Mediaset"ə açıqlama verib.
Lautaro daha əvvəl müsahibəsində "kapitan olaraq hədəflərimiz uğrunda mübarizəni davam etdirmək istəyirəm. Kim qalmaq istəyirsə, qalır, kim istəməsə, əlvida!" söyləyib.
Klub prezidentinin sözlərinə görə, kapitan açıqlamasında Hakan Çalhanoğlunu nəzərdə tutub. "Gələn həftə onunla birbaşa danışacağıq. Getmək istəyirsə, tərəddüd etmədən yollarımızı ayıracağıq. Klubdan ayrılmaq istəyən hər bir oyunçu üçün qapılar açıqdır".
Xatırladaq ki, Çalhanoğlu 2021-ci ildə "Milan"dan "İnter"ə keçib. Ötən mövsüm futbolçu 47 matçda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 İyul 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















