İnter in kapitanı zədələndi
Icma.az, Sportal.az saytına istinadən bildirir.
İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin kapitanı Lautaro Martines sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumçu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Budo Qlimt"lə Norveçdə keçirilən ilk matçında (1:3) zədələnib. Martinesin baldır əzələsində dartılma aşkarlanıb.
"Sky Sports" televiziyasının məlumatına görə, 28 yaşlı forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında "Rasinq"dən 25 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm A Seriyası nəhənginin heyətində meydana çıxdığı 35 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Fevral 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















