Icma.az
close
up
RU
İnternet 50 yaşdan yuxarı şəxslərin sağlamlığına müsbət təsir edir

İnternet 50 yaşdan yuxarı şəxslərin sağlamlığına müsbət təsir edir

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.

“The Independent” nəşri  xəbər verir ki, elmi jurnallardan biri olan “Nature Human Behaviour”da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib. Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.

Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb.

Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: “Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir”.

Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.

Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrik Klark, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib: “50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.

Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir: “İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz”.

Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir. AZƏRTAC

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 Aprel 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri