Icma.az
close
up
RU
Sərbəst güləşçilərimizdən üç medal DÇ

Sərbəst güləşçilərimizdən üç medal DÇ

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini üstələyən həmyerlimiz dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Giorgi Meşvildişvili (125 kq) finalda iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.

İkinci yarış günündə mübarizəyə qoşulan təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) gürcüstanlı Roberti Dinqaşviliyə 10:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Musa Mextixanova 0:3 hesabıyla məğlub olub.

Turan Bayramov (74 kq) 1/16 finalda rusiyalı olimpiya və dünya çempionu Zaurbek Sidakovla bacarmayıb - 1:5.

Cəbrayıl Hacıyev (79 kq) debütdə Sierra Leone güləşçisi Alfred Daniel xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Daha sonra isə slovakiyalı Axsarbek Qulayevə 2:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidisə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Cəbrayıl sabah təsəlliverici görüşə çıxacaq.

Osman Nurmaqomedov (92 kq) startda hindistanlı Dipak Punianı 4:3 hesabı ilə üstələyib. 1/4 finalda yunanıstanlı olimpiya mükafatçısı və 3 qat Avropa çempionu Dauren Kuruqliyevlə görüşdə güləşçimiz 2:0 öndə olarkən rəqib zədələnib və Osman yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında amerikalı Trend Hidleyə məğlub olub - 4:15. Təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Sentyabr 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri