Icma.az
close
up
RU
İnternet bazarında nəhəng monopoliya Antiinhisar qurumu susur...

İnternet bazarında nəhəng monopoliya Antiinhisar qurumu susur...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan internet bazarında son aylarda ciddi struktur dəyişiklikləri baş verib. Tarif artımları, dövlət şirkətlərinin bazarda təmərküzləşməsi və Antiinhisar xidmətinin fəaliyyətsizliyi cəmiyyətdə narazılıq doğurur.

“AzPolitika” xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məsələyə münasibət bildirərək bir sıra önəmli məqamları gündəmə gətirib. O xatırladıb ki, 2024-cü ilin avqustunda həm dövlət, həm də özəl provayderlər eyni vaxtda internetin minimal qiymətini 25 manata qaldırdılar. Bu isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirildi və araşdırma başlandı.

"Üstündən 9 ay keçib, hələ də nəticə yoxdur", – deyə AİF rəhbəri qeyd edib.

Bu müddətdə bazarda ciddi dəyişikliklər baş verib. “Aztelekom” Rabitə Nazirliyinin tərkibindən çıxarılaraq AZCON Holdinqin strukturuna daxil edilib və dövlət provayderləri bir strukturda birləşdirilib. Nəticədə, “Aztelekom” internet bazarının 60%-nə nəzarət edən, aylıq 70 milyon manatdan çox gəlir əldə edən nəhəng bir dövlət şirkətinə çevrilib.

“Belə bir şirkət regionlar üçün daha sərfəli tariflər tətbiq edə bilməzdimi?” – deyə Osman Gündüz sual edir.

Onun sözlərinə görə, “Aztelekom”un AZCON-a keçidindən sonra regionlar üçün yeni tariflərin tətbiq olunacağı vədi verilsə də, bu istiqamətdə hələ heç bir addım atılmayıb. Hazırda ölkə üzrə tarif siyasəti eynidir.

“Hamı – tələbatı olan və olmayan, bizneslə məşğul olan və olmayan – minimal olaraq 25 manat ödəməlidir”, – deyə Gündüz tənqid edir.

O, həmçinin “Azercell”in də dövlətə məxsus olduğunu xatırladaraq, ölkə internet bazarının təxminən 80 faizinin dövlət nəzarətinə keçdiyini qeyd edir. Bu isə rəqabət mühitini xeyli zəiflədir.

Bu fonda Osman Gündüz rəqabətə nəzarət etməli olan qurumun – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin passivliyini xüsusi vurğulayır: “Nə qiymət artımına, nə də bazarda formalaşan dominant mövqeyə dair Agentlikdən cəmiyyətə heç bir açıqlama verilməyib.”

AİF rəhbəri sonda belə bir sual qoyur: “İndi biz ölkənin telekommunikasiya və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək? Antiinhisar qurumu buna nə deyir?”

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri