Provayderlər birləşdi, internet qiymətlər qalxdı bəs Antiinhisar niyə hələ də susur?!
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Gələn ay Azərbaycanda bütün provayderlərin eyni anda internet qiymətlərində minimal tarifləri qaldırmasının bir ili tamam olacaq. Ötən il məhz "Aztelekom" dövlət provayderi ilk olaraq 15 avqustdan etibarən minimal tariflərin qaldırılacağını açıqladı. Ardınca digər provayderlər də eyni addımı atdı. Nəticədə hazırda bütün provayderlərdə minimal aylıq internet tarifi 25 manat təşkil edir.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
O bildirib ki, həmin vaxt belə bir addımın ilk olaraq dövlət provayderi tərəfindən atılması diqqət cəlb etmişdi:
"İnternetin sürətinin artırılması və ölkə üzrə daha geniş əlçatanlığın təmin olunması istiqamətində son zamanlar atılan addımlar təqdirəlayiqdir. Lakin istifadəçilərə tələbat baxımından alternativ seçim imkanlarının verilməməsi, məcburi tariflərə qoşulmanın təşviq edilməsi ciddi narahatlıq doğurur. Ötən il bu qərarlar Antiinhisar Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilmiş, provayderlərə qarşı araşdırmalara başlanılmışdı. Amma hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb. Son aylarda "Aztelekom"un daxil olduğu AZCON Holdinq, RİNN regionlarda yaşayanlar üçün daha sərfəli tariflərin tətbiq ediləcəyini və seçim imkanlarının yaradılacağını vəd etsə də, hələ ki, bu reallaşmayıb. Ümid edək ki, 15 avqusta qədər bu problemlər öz həllini tapacaq", - o əlavə edib.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 İyul 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















