Icma.az
close
up
RU
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində - “Tarqovıy” məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” sosial şəbəkəsində davam etdirib. Bundan sonra isə yeniyetmə qızı onunla evlənəcəyi yalanına inandıraraq “Tarqovıy”da tutduğu kirayə evə mütəmadi olaraq aparıb. Bu müddətdə İbrahim problemlərinin olduğunu, həbs edilə biləcəyini deyərək qızdan bir neçə dəfə xeyli pul və qızıl alıb.

Məsələnin üstü açılandan sonra İradənin atası polisə şikayət edib və İbrahim barəsində cinayət işi açılıb. Cinayət işi üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə qızın atası övladının tələyə düşdüyünü deyib: “Qızım sağlam olaraq anadan olub və böyüyüb, ruhi-əsəb xəstəliyindən əziyyət çəkməyib, travma almayıb, ailədə ondan bir yaş kiçik qızım da var. Sadəcə dünyanın bəlası olan mobil telefon və internet uşaqların tərbiyəsini pozmaqdadır. Bunun qurbanı olan qızım da axmaq bir adamın tələsinə düşüb. İbrahim adlı şəxs bundan istifadə edərək qızım İradəni ailə qurmaq adı ilə aldadıb, onunla cinsi əlaqədə olub. Həmçinin etibarından sui-istifadə edərək hədiyyə olunmuş əmlakını ələ keçirib. Biz İbrahimə ağır cəza verilməsini, vurulmuş maddi-mənəvi zərərin ödənilməsini tələb edirik”.

Nəsimi Rayon Məhkəməsi İbrahim Məhərrəmovu Cinayət Məcəlləsinin 152.1 və 178.2.4-cü (16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və dələduzluq) maddələri ilə təqsirli bilib. Ona 3 il 6 ay həbs cəzası verilib.

Məhkəmə mülki iddia tələbini də qismən təmin edib. İ.Məhərrəmovdan maddi ziyana görə 8272 manat, mənəvi ziyana görə 3000 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 175.40 manat, ümumilikdə 11 447.40 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsin xeyrinə ödəniləcək.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri