Icma.az
close
up
RU
İnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir?

İnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İnternet xidmətlərinin keyfiyyəti gündəlik həyatın ayrılmaz hissəsidir. Lakin istifadəçilər tez-tez vəd edilən sürətlə real göstəricilər arasında ciddi fərqlə qarşılaşırlar. Provayderin təqdim etdiyi paketlə faktiki internet sürətinin uyğun gəlməməsi həm iş, həm də şəxsi istifadə zamanı böyük çətinliklər yaradır. Şəbəkədəki donmalar, yüklənmə problemləri və kəsintilər fonunda abonentlərin hansı hüquqi və texniki addımları atmalı olduğu ən çox maraq doğuran məsələlərdəndir.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, əgər internet provayderi tərəfindən təqdim olunan xidmət sürəti müqavilədə göstərilən sürət göstəricilərindən davamlı olaraq aşağıdırsa, abonent xidmət keyfiyyətinin yoxlanılması və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini tələb edə bilər:
"Nəzərə alınmalıdır ki, internet xidmətinin faktiki sürətinə bir sıra texniki amillər təsir göstərir. Bunlara istifadə olunan texnologiya, xəttin fiziki vəziyyəti, modem və ya router kimi avadanlıqların texniki imkanları, Wi-Fi siqnal keyfiyyəti, şəbəkədə eyni vaxtda çalışan cihazların sayı, provayderin magistral kanallarının yüklənməsi, eləcə də istifadə edilən internet resurslarının və serverlərin performansı daxildir. Bu səbəbdən sürət problemi ilə bağlı qiymətləndirmə aparılarkən müəyyən addımların yerinə yetirilməsi tövsiyə olunur".
Ekspert qeyd edib ki, ilk növbədə sürətin ölçülməsi və sənədləşdirilməsi həyata keçirilməlidir:
"İnternet sürəti müxtəlif vaxtlarda etibarlı sürət ölçmə platformaları vasitəsilə yoxlanılmalıdır. Ölçmə nəticələrinin ekran görüntüləri, tarix və saat məlumatları saxlanılmalıdır. Mümkün olduqda ölçmələr Wi-Fi üzərindən deyil, birbaşa Ethernet kabel bağlantısı ilə aparılmalıdır. Toplanmış texniki məlumatlar və ölçmə nəticələri ilə birlikdə provayderə rəsmi müraciət edilməli, xidmət keyfiyyətinin müqavilə şərtlərinə uyğunlaşdırılması tələb olunmalıdır".
Fərid Əmirovun sözlərinə görə, müraciətdən sonra provayder tərəfindən abonent xətti, optik siqnal səviyyələri, port konfiqurasiyaları, trafik məhdudiyyətləri, şəbəkə avadanlıqları və magistral kanalların yüklənmə vəziyyəti yoxlanılmalıdır:
"Problemin abonent tərəfində və ya provayder şəbəkəsində olduğu müəyyən edilməlidir. Aparılan yoxlamalar nəticəsində xidmət sürətinin müqavilədə nəzərdə tutulan və ya zəmanət verilən göstəricilərdən aşağı olduğu təsdiqlənərsə, abonent xidmətin normallaşdırılmasını, tarif parametrlərinin uyğunlaşdırılmasını və ya qüvvədə olan qanunvericiliyə və müqavilə şərtlərinə uyğun tədbirlərin görülməsini tələb edə bilər. İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi yalnız bir dəfə aparılmış sürət testi ilə deyil, müxtəlif zaman intervallarında həyata keçirilmiş ölçmələr və texniki analiz nəticələri əsasında aparılmalıdır. Provayder isə öz növbəsində təqdim etdiyi xidmətin müqavilə öhdəliklərinə uyğunluğunu təmin etməli və aşkar edilmiş texniki problemlərin aradan qaldırılması üçün zəruri tədbirləri həyata keçirməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri