Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

İnternet sürəti 2 dəfə artdı

İnternet sürəti 2 dəfə artdı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Regionlar Bakını da geridə qoydu


Elvin Abbasov: “Azərbaycan dünya reytinqində yüksəldi, bu, texniki deyil, strateji nailiyyətdir”



Son dövrlər Azərbaycanda rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və genişzolaqlı internet xidmətlərinin keyfiyyətinin artırılması sahəsində atılan addımlar öz nəticəsini verməkdədir. 

Həyata keçirilən genişmiqyaslı rəqəmsal islahatlar və informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlik dövlət siyasəti ölkənin beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa başlayıb. 2025-ci ilin iyun ayı üzrə “Speedtest Global Index” tərəfindən açıqlanan son məlumatlar da bu istiqamətdə əldə olunan real nailiyyətləri təsdiqləyir.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 152 ölkə arasında 83-cü yerə yüksəlib. Bu göstərici may ayı ilə müqayisədə 4 pillə irəliləyiş deməkdir. Ölkədə orta internet sürəti 81,36 MB/s təşkil edir ki, bu da ötən ilin müvafiq dövründə qeydə alınmış 39,87 MB/s göstəricisindən demək olar ki, 2 dəfə çoxdur. Bu dinamika internet xidmətlərinin əlçatanlığı və keyfiyyətində baş verən ciddi inkişafın əyani göstəricisidir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (546,14 MB/S), sonuncu yeri isə Boliviya (13,92 MB/S) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən sabit qalaraq 196 şəhər arasında 78,78 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (347,52 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,55 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 88,2 MB/S sürətlə 150 şəhər arasında 87-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (561,48 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,76 MB/S) tutub.

Mütəxəssislərin fikrincə, bu dinamika Azərbaycanın rəqəmsal transformasiya sahəsində atdığı mühüm addımların əyani nəticəsidir. Rəqəmsal iqtisadiyyatın inkişafı, elektron hökumət xidmətlərinin genişləndirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ölkədə yüksəkkeyfiyyətli və sürətli internetə olan tələbatı daha da artırıb. Bu səbəbdən, infrastrukturun modernləşdirilməsi və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının təmin edilməsi hökumət üçün strateji prioritetlərdən birinə çevrilib.

Xüsusilə bölgələrdə fiber-optik şəbəkələrin genişləndirilməsi, “Açıq İnternet” təşəbbüslərinin dəstəklənməsi və operatorlar arasında rəqabətli mühitin təşviqi bu artımı stimullaşdıran əsas faktorlar sırasındadır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Aztelekom” kimi əsas infrastruktur operatorları tərəfindən son illərdə icra edilən layihələr nəticəsində kənd və qəsəbələrdə də yüksək sürətli internetin tətbiqi mümkün olub. Bu da həm sosial xidmətlərə çıxış, həm də təhsil və biznes imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi hədəfi də bu istiqamətdə aparılan işlərə əlavə təkan verir. Ölkə son illərdə beynəlxalq internet magistral xətlərinin modernləşdirilməsi və regionlararası data mərkəzlərinin yaradılması istiqamətində mühüm layihələrə start verib. 2024-cü ildə istifadəyə verilmiş yeni beynəlxalq trafik mübadilə nöqtələri və məlumat ötürülməsi sistemləri Azərbaycanın internet infrastrukturunun daha dayanıqlı və müasir olmasına şərait yaradıb.

Bir sözlə, “Speedtest Global Index”in göstəriciləri təkcə statistik irəliləyiş deyil, həm də Azərbaycanın rəqəmsal gələcəyə doğru inamla irəlilədiyini göstərən mühüm göstəricidir. İnternet sürətindəki bu yüksəliş rəqəmsallaşma prosesində yeni mərhələnin başlandığını və ölkənin bu sahədə qlobal trendlərə sürətlə inteqrasiya etdiyini göstərir.


Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sherg.az-a bildirib ki, son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürətində baş verən 104 faizlik artım ölkənin rəqəmsal inkişaf sahəsində atdığı strateji addımların uğurlu nəticəsidir.

Azərbaycanda genişzolaqlı internet sürətinin artmasında regionaların ciddi payı olduğunu vurğulayan Assosiasiya sədri qeyd edib ki, bu da aparılan infrastruktur layihələri, o cümlədən, “Onlayn Azərbaycan” layihəsi ilə bağlıdır. O bildirib ki, digər ölkələrdə region və şəhərlər arasında fərqin hiss olunduğu müşahidə olunsa da, məhz bu layihənin nəticəsi olaraq ölkəmizdə region və mərkəzi şəhərlər arasında “rəqəmsal uçurum”un aradan qaldırıldığını görürük: 

seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri