İnternet zəifdirsə, pulunuzu geri ala biləcəksiniz Deputatdan təklif
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Telekommunikasiya operatorları və provayderlər üçün xidmətlərin keyfiyyət göstəricilərinin ölçülməsi, nəticələr barədə hesabat verilməsi və abunəçilərin hüquqlarının gücləndirilməsi təklif olunur.
AZXEBER.COM xəbər verir ki, bunu "Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, telekommunikasiya xidmətlərinin "standartları” əvəzinə "keyfiyyət göstəriciləri” anlayışının tətbiqi tənzimləmənin predmetini daha dəqiq əks etdirəcək. Onun sözlərinə görə, bu göstəricilər sürət, əlçatanlıq, əlaqənin fasiləsizliyi və nasazlıqların aradan qaldırılması müddətini əhatə etməlidir.
Naqif Həmzəyev qeyd edib ki, qanunda operator və provayderlərin keyfiyyət göstəricilərini ölçməsi, nəticələr barədə müvafiq quruma hesabat verməsi ilə bağlı öhdəliklər də nəzərdə tutulmalıdır.
Deputat, həmçinin abunəçilərin hüquqlarının gücləndirilməsini təklif edib. O bildirib ki, xidmətlərin keyfiyyət göstəriciləri və tariflər ictimaiyyətə açıq şəkildə təqdim edilməli, şikayətlərə müəyyən olunmuş müddətdə baxılmalı, planlı texniki işlər barədə abunəçilərə əvvəlcədən məlumat verilməlidir.
Onun fikrincə, xidmətin keyfiyyət göstəriciləri pozulduğu halda ödənişin azaldılması və ya geri qaytarılması mexanizmi də yaradılmalıdır.
Naqif Həmzəyev müvafiq qurumun müstəqil ölçmələr aparmaq və pozuntu aşkar edildikdə məcburi göstərişlər vermək səlahiyyətlərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
Deputat əlavə edib ki, təkliflərin məqsədi operatorlara əlavə yük yaratmaq deyil, xidmət keyfiyyətinin ölçülməsini təmin etmək, nəzarəti şəffaflaşdırmaq, vətəndaşların və operatorların hüquqlarını qorumaqdır. O, layihənin ikinci oxunuşda qəbul edilməsini və təklif etdiyi əlavələrin nəzərə alınmasını xahiş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















