Yaponiyada internet sürəti rekordu qırıldı
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Yaponiyadakı Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) ilə Sumitomo Electric Industries tədqiqatçıları dünyanın ən sürətli internet bağlantısını quraraq saniyədə 1.02 petabit sürətində məlumat ötürmə qabiliyyətinə nail olublar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu rekord, Berlin-Napoli və ya Missouri-Montana qədər olan 1.808 kilometrlik bir məsafədə həyata keçirilib.
Yeni texnologiya, standart 0.125 mm diametrli örtüyə sahib olan 19 nüvəli xüsusi optik fiber vasitəsilə təmin edilib. Bu da 2024-cü ilin noyabr ayı etibarilə Yaponiyanın ümumi sabit genişzolaqlı internet trafikinin 26 qatına bərabər məlumat ötürülməsini mümkün edib.
1.02 petabit/saniyə sürəti, saniyədə bir milyondan çox gigabaytlıq məlumat ötürülməsinə bərabərdir. Bu sürətlə, Netflix-in bütün məzmun arxivi cəmi 1 saniyədə tam 30 dəfə endirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 İyul 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















