Icma.az
close
up
RU
İnternet necə yaranıb?

İnternet necə yaranıb?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Etiraf edək ki, internet bu gün hər birimizin həyatının ayrılmaz bir parçasına çevrilib. Ümumiyyətlə, insanlar heç vaxt əldə etdikləri ilə kifayətlənmir, daim həyatlarını asanlaşdıracaq axtarışlara baş vururlar, beləliklə, yeni kəşflər ortaya çıxır. Həmin kəşflərdən biri də bəşər tarixinin ən böyük ixtiralarından sayılan internetdir.

“İnternet” ümumi mənada “qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu” deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarətdir. Çox vaxt “İnternet” termininə sinonim kimi “WWW” (World Wide Web - ingiliscə “Dünya Hörümçək Toru”) termini işlədilir. Həqiqətdə isə bu sözlər heç də sinonim deyil...

Aprelin 4-ü bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd edilir. 2005-ci ildən tətbiq olunan bu bayram insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülüb.

İnternetin yaranma tarixi...

İnternetin yaranma tarixi haqqında müxtəlif söyləntilər var. Məsələn, internetlə bağlı ilk fikirlərin Leonard Kleinroks adlı amerikalıya məxsus olduğu deyilir. O, 1961-ci il 31 may tarixində “İnformation Flow in Large Communication Nets” adlı məqaləsində internetlə bağlı fikirlərini bildirmişdi. 1961-1962-ci illərdə ABŞ Massaçusets Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder və L. Kleykrok uzaq məsafədən kompüter əlaqəsinin yaradılması və paket kommutasiya ideyasının nəzəriyyəsini irəli sürdülər. Onların bu nəzəriyyəsi daha sonra ARPANET olaraq ortaya çıxdı.

İnternetin yaranması ilə bağlı başqa bir fikir də var. Belə ki, 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə ilk dəfə internet vasitəsilə mesaj göndərilmişdi. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. O zaman ancaq hərbi məqsədlə istifadə edilən internetin bütün insanların istifadə edə biləcəyi bir hala gəlməsində Vinton Cerf adlı riyaziyyat mühəndisinin xüsusi rolu oldu.

Vinton Cerf ötən əsrin 70-ci illərində universiteti yeni bitirmiş riyaziyyat mühəndisi idi. Gənclik illərində o, anadangəlmə eşitmə qüsurlu Karinneyə aşiq olur. Karinne eşitmədiyi üçün kimsəylə ünsiyyət qura bilmirdi. Kaliforniya Universitetində kompüterlərarası məlumat transferiylə məşğul olan Cerfin isə tək istəyi Karinneni xoşbəxt etmək idi. İnternet isə yalnız hərbi məqsədlə istifadə edilən bir sistem idi. Lakin Cerf kimi insanların sayəsində internet qısa müddətdə mülki sahədə də istifadə olunmağa başladı. Beləliklə, Cerf interneti Karinnenin də istifadə edə biləcəyi bugünkü halına gətirdi. Cerf deyirdi: “Bu gün həyat yoldaşım artıq universitetdə oxuyan oğlumuzla belə internet yoluyla danışa bilir. Kim bilir, bəlkə də interneti həyat yoldaşımı xoşbəxt edə bilmək üçün icad etmişəm”.

İnternetin faydaları...

İnternet sayəsində bir çox işləri yerimizdən tərpənmədən, evdən çıxmadan rahatlıqla həll edə bilirik:

-İnsanlar dünyanın müxtəlif yerlərindən bir-birilərilə heç bir vaxt itkisi olmadan əlaqə saxlaya bilirlər;

-Hər kəs istənilən məlumatı asanlıqla əldə edə bilir;

-Şagirdlər, tələbələr dərslərində onlayn iştirak edə bilirlər;

-Onlayn kurslar vasitəsilə istədiyimiz sahəni və ya dili rahatlıqla öyrənə bilirik;

-Ödəməli olduğumuz məbləğləri qarşı tərəfə köçürmək iki dəqiqəmizi belə almır;

-Lazım olan məhsulu və ya geyimi sifariş edirik və 24 saat ərzində qapıya çatdırılır və s.

Bütün bunlara görə də internet bəşər tarixinin ən mühüm ixtiralarından biri hesab olunur. Doğrudur, internetin faydaları qədər gənc nəslin inkişafında ziyanının da olduğu söylənilir. İnternetdən səmərəsiz şəkildə istifadə edən hər kəs günlərini məhv edir. Lakin bütün günahı tam olaraq internetin üzərinə də yıxa bilmərik. Böyüklər, gənclər, uşaqlar - hər kəs internetdən pis və ya yaxşı, başqa sözlə, istədiyi şəkildə istifadə edir. Bu, onların öz seçimidir...

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri