Icma.az
close
up
RU
İnternetdə satılan qida və dərmanlarda “Viagra” aşkarlandı

İnternetdə satılan qida və dərmanlarda “Viagra” aşkarlandı

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Avropa ölkələrində istehlakçıların sağlamlığı ilə bağlı ciddi narahatlıq doğuran yeni faktlar ortaya çıxıb. Müxtəlif Avropa qurumlarının apardığı yoxlamalar nəticəsində internet üzərindən satılan və əsasən bal əsaslı “təbii afrodizyak” kimi təqdim edilən məhsulların tərkibində gizli dərman maddələrinin olduğu müəyyən edilib. Söhbət adətən reseptlə verilən cinsi zəiflik dərmanlarının aktiv komponentləri olan “Sildenafil” və “Tadalafil” maddələrindən gedir. Məhsulların etiketində göstərilməyən bu güclü maddələr məşhur “Viagra” və “Cialis” dərmanlarının əsas tərkib hissəsidir.

Bakupost.az xəbər verir ki, Avropa İttifaqının qida təhlükəsizliyi üzrə erkən xəbərdarlıq sistemi (RASFF) və Milli Ticarət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Orqanı (NATCP) vasitəsilə yayılan məlumatlara görə, Asiya və Yaxın Şərq ölkələrindən (Çin, Malayziya, Tailand, Hindistan, Türkiyə, BƏƏ və s.) Avropanın müxtəlif ölkələrinə göndərilən bu tip məhsullarda (“The Dragon Power”, “RS RUI SHEN”, “Hurrikán” və s.) yüksək miqdarda təhlükəli maddələr aşkarlanıb. Aparılan laborator analizlər bəzi hallarda normadan dəfələrlə artıq dozaların olduğunu göstərib ki, bu da məhsulların insan sağlamlığı üçün ciddi risk daşıdığını təsdiqləyir.

Problemin yalnız Avropaya göndərilən bitki mənşəli əlavələrlə məhdudlaşmadığı da ortaya çıxıb. Böyük Britaniyada dövlət dərman tənzimləyicisi “Medicines and Healthcare products Regulatory Agency” (MHRA) 2026‑cı ilin fevralında xəbərdarlıq edib ki, son beş ildə internet üzərindən satılan təxminən 19,5 milyon qeyri-qanuni erektil disfunksiya dərmanı (“Sildenafil”, “Tadalafil”, “Vardenafil” və “Avanafil” tərkibli) ələ keçirilib, bunun 4,4 milyon ədədi yalnız 2025-ci ildə müsadirə olunub. Bu rəqəmlər göstərir ki, Böyük Britaniyada hər dörd yetkin kişidən üçü üçün nəzərdə tutulan bir doza həcmdə qeyri-qanuni dərman dövriyyədə olub.

MHRA bildirir ki, bu məhsul və dərmanlar sosial media, mesajlaşma tətbiqləri və qeyri-rəsmi internet saytları vasitəsilə satılıb və istifadəçilər bilmədən ciddi risk altına düşüblər. Bu məhsulların çoxu real görünə bilər, amma etiketdə göstərilməyən güclü maddələr və yanlış dozalar ehtiva edir, bəzi hallarda hətta zəhərli ola bilər. MHRA, ictimaiyyətə xəbərdarlıq edərək yalnız qeydiyyatdan keçmiş apteklərdən dərman alınmasını, sosial media və qeyri-rəsmi saytları istifadə etməməyi və həkimlə məsləhətləşməyi tövsiyə edir.

Avropa ölkələrinin səhiyyə və istehlakçı qurumları bildirir ki, problem əsasən internet üzərindən satış platformalarında yayılıb. Məhsullar “100% təbii”, “bitki tərkibli” və ya “qida əlavəsi” adı ilə təqdim olunsa da, əslində onların tərkibinə gizli şəkildə güclü farmakoloji maddələr əlavə edilir. Bu isə həm istehlakçıların aldadılması, həm də qanunvericiliyin pozulması deməkdir. Çünki Avropa ölkələrində bu cür maddələrin reseptsiz və qida məhsullarında gizli şəkildə istifadə olunması qadağandır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür maddələrin nəzarətsiz qəbulu ağır sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri, yüksək təzyiq və ya diabetdən əziyyət çəkən insanlar üçün risk daha yüksəkdir. Qəfil təzyiq düşməsi, infarkt, insult, görmə və eşitmə pozğunluqları kimi hallar belə məhsulların istifadəsi ilə əlaqələndirilir.

Bənzər hallar daha əvvəl də qeydə alınıb və bəzi məhsullar Avropa ölkələrində müsadirə olunaraq satışdan çıxarılıb. Məsələnin geniş coğrafiyanı əhatə etməsi isə göstərir ki, bu artıq lokal deyil, dünya miqyasında yayılan təhlükəli tendensiyadır.

Avropa və Böyük Britaniya qurumları istehlakçılara çağırış edərək bildirir ki, internet üzərindən satılan və mənşəyi, tərkibi tam məlum olmayan “təbii afrodizyak” məhsullardan uzaq durmaq lazımdır. Həkimlər isə belə problemlərlə qarşılaşan şəxslərə mütləq şəkildə özbaşına vasitələrə yox, peşəkar tibbi məsləhətə üstünlük verməyi tövsiyə edir.

Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see351

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see295

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see279

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see273

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see270

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see264

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see259

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see253

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see236

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see230

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see220

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see216

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see215

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see213

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see210

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see208

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see203

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see201

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see200

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri